...

"Azercell"in dəstəyi ilə məktəblimiz beynəlxalq uğura imza atıb

İqtisadiyyat Materials 28 Noyabr 2019 19:15 (UTC +04:00)
Bolqarıstanın Şumen şəhərində İnformatika üzrə XI Beynəlxalq Payız Turniri təşkil olunub.
"Azercell"in dəstəyi ilə məktəblimiz beynəlxalq uğura imza atıb

Bakı. Trend:

Ötən həftə Bolqarıstanın Şumen şəhərində İnformatika üzrə XI Beynəlxalq Payız Turniri təşkil olunub.

“Azercell Telekom”dan Trend-ə verilən məlumata görə, yarışda Bolqarıstan, Serbiya, Rumıniya, Rusiya, Ukrayna və digər ölkələrdən qatılan iştirakçılarla yanaşı, Azərbaycan məktəbliləri də öz biliklərini sınayıb. Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin şagirdi Əziz Hüseynov yarışda uğurlu nəticə göstərərək, gümüş medal qazanmağa müvəffəq olub.

Məlumat üçün bildirək ki, İnformatika üzrə Payız Turniri 2001-ci ildən başlayaraq Şumen şəhərində keçirilir. 2009-cu ildən etibarən digər ölkələrin məktəbliləri də turnirə qatılmağa başlayıb.

Məktəblimizin bu uğurunda ölkəmizdə təhsilin inkişafına yönələn layihələri hər zaman dəstəkləyən “Azercell Telekom” MMC-nin də böyük rolu var. Belə ki, şagirdlər Təhsil Nazirliyi və Azercell-in dəstəyi ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşa, öz elmi potensiallarını nümayiş etdirə bilirlər.

Xatırladaq ki, Azercell cari ilin avqust ayında ölkəmizin ev sahibliyi etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəqəmsal sponsoru qismində təmsil olunub. Olimpiadaya Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qatılıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti