...

“FINCA Azerbaijan” Balakəndə fəaliyyətə başladı

İqtisadiyyat Materials 20 Dekabr 2019 11:00 (UTC +04:00)
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Balakəndə yeni filialını açıb
“FINCA Azerbaijan” Balakəndə fəaliyyətə başladı

Bakı. Trend:

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Balakəndə yeni filialını açıb. Bu filial vasitəsi ilə Balakən, Zaqatala, Qax və Şəki rayonlarından olan müştərilərə kredit məhsulları təklif olunur.

Balakən şəhəri, M.Əsədov küçəsi 3 A ünvanında fəaliyyət göstərən yeni ofis öz işini irəli aparmaq istəyən kiçik sahibkarların FINCA-nın maliyyə xidmətlərindən faydalanmağa imkan verəcək.

“FINCA Azerbaijan” bu il filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində 9 yeni filial açaraq ofislərinin ümumi sayını 14-ə çatdırıb. FINCA növbəti ildə daha 8 filial açılmasını planlaşdırır.

Qeyd edək ki, FINCA ticarət, istehsal, xidmət sahələri, eləcə də kənd təsərrüfatı üzrə kreditlər təklif edir. Kredit müraciətlərini 055 455 29 29 nömrəsinə zəng etməklə və ya watsapp nömrəsinə yazmaqla sifariş etmək olar. Bundan başqa, müştərilər www.finca.az saytı vasitəsi ilə kredit üçün onlayn qaydada müraciət edə bilərlər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir. Əlavə məlumat üçün www.finca.az saytını ziyarət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti