...

Chicago Booth Universitetin biznes məktəbi EY Azərbaycan şirkəti ilə birlikdə master-klass keçirib

İqtisadiyyat Materials 6 Fevral 2020 17:40 (UTC +04:00)

Bakı. Trend:

Chicago Booth Universitetin biznes məktəbi EY Azərbaycan şirkəti ilə birlikdə "Qlobal Maliyyə Böhranının Dərsləri" adlı master-klass keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən master-klassda karyerasını artırmaq istəyən müxtəlif sahələrdən müəssisə rəhbərləri, eləcə də öz sahəsində işə yeni başlayan mütəxəssislər iştirak edib.

Master-klassı Chicago Booth Universitetində Executive Programs üzrə dekan müavini, professor Rendel Krozner aparıb. Dünya iqtisadiyyatının vəziyyəti ilə bağlı canlı müzakirələr aparmaqla yanaşı, cənab Krozner iştirakçıları Universitetin Executive MBA proqramının fərqli cəhətləri ilə tanış edib və onun peşəkar inkişafa və karyera artrımına təsirini təsvir edib.

Rendel Krozner biznes mühitində tanınan və hörmətli bir şəxsdir. O, 2006-2009-cu illərdə ABŞ-ın Federal Ehtiyat Sisteminin İdarə Heyətinin üzvü vəzifəsində çalışmışdır. Qlobal maliyyə böhranı dövründə Bank Qurumlarına Nəzarət və Tənzimləmə Komitəsinin sədri olmuşdur. Həmçinin, kiçik Jorc Buşun administrasiyası üçün iqtisadi mövzular üzrə məsləhətçi qismində çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti