...

KOBİA tərəfindən qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqinə daha bir dəstək

İqtisadiyyat Materials 4 Mart 2020 17:02 (UTC +04:00)
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Regional İnkişaf” İctimai Birlliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin layihələrindən olan “MirvariStore” layihəsi ilə əməkdaşlığa başlayıb.
KOBİA tərəfindən qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqinə daha bir dəstək

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Regional İnkişaf” İctimai Birlliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin layihələrindən olan “MirvariStore” layihəsi ilə əməkdaşlığa başlayıb.

Trend-in məlumatına görə, KOBİA-nın təşkilatçılığı ilə Qəbələ şəhərində toxuculuq və tikiş bacağı olan qadınlar üçün “MirvariStore” layihəsinin təqdimatı keçirilib. Tədbirdə layihə barədə məlumat verilib, Qəbələ və Oğuz rayonlarında toxuculuq və tikiş bacarığı olan və bu sahəyə maraq göstərən, müvafiq istiqamətdə evində işləmək istəyən 25 qadın müəyyənləşdirilib, onlarla lazımi materialların verilməsi və sifarişlərin ötürülməsi mexanizmi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, “MirvariStore” layihəsinin məqsədi regionlarda qadın sahibkarlığının inkişafı, məşğulluğun artırılması, qadınların gəlir əldə etməsinə dəstək göstərilməsi, eləcə də milli naxışların təbliği və "Made in Azerbaijan" brendi ilə əl işlərinin xarici bazarlara çıxarılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti