...

Bayram günlərində kommersiya bankları fəaliyyət göstərməyəcək

İqtisadiyyat Materials 19 Mart 2020 12:35 (UTC +04:00)
Bayram günlərində kommersiya bankları fəaliyyət göstərməyəcək

Bakı. Trend:

Məlum olduğu kimi, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili çərçivəsində ölkədə insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir.

Mərkəzi Bankdan Trend-ə bildirilib ki, bununla bağlı bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) kommersiya bankları fəaliyyət göstərməyəcəklər. Lakin ixrac və idxalın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişlərilə bağlı əməliyyatlar üzrə elektron əsasda xidmətləri davam etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti