Mehdi Babayev: Dövlətin çağırışlarına əməl edən sahibkarlara dəstək göstərilməlidir

Mehdi Babayev: Dövlətin çağırışlarına əməl edən sahibkarlara dəstək göstərilməlidir

Bakı. Trend:

Prezident İlham Əliyevin sərəncamı ilə koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi məqsədilə İşçi Qrup yaradılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi İşçi Qrupun qarşısında qoyulmuş vəzifələrdən biri də yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanmasıdır.
Bu istiqamətdə ictimaiyyətin rəy və təkliflərinin də araşdırılması dövlətin marağındadır.

Trend-in məlumatına görə, iqtisadçı ekspert Mehdi Babayev “vergiler.az”a yaranmış vəziyyətdə zərər görən müəssisələrə dövlətin dəstəyinin zəruriliyini vurğulayıb: “Mən əsas iki məsələyə diqqət çəkmək istəyirəm. Birincisi, sahibkarlara dəymiş zərərin müəyyən edilməsində hər iki tərəfin – həm müvafiq dövlət qurumu əməkdaşlarının, həm də sahibkarların bu məsələyə şəffaf yanaşmalarıdır. İkincisi isə dəymiş zərərin müəyyən edilməsi formasıdır. Əvvəla, biz "zərər" anlayışına xüsusi diqqət yetirməliyik. “Müəssisənin üzləşdiyi zərər” dedikdə nəyi başa düşürük? Sahibkarın üzləşdiyi zərərlərə görə şəffaf formada müraciəti vacib amildir”.

M.Babayevin fikrincə, dövlət tərəfindən sahibkarlara dəstək göstərilməsində müəssisələrin zərərinin necə müəyyənləşdirilməsi ilə bağlı məsələ önəmlidir:

“Ola bilər ki, müəssisə fəaliyyətini məhdudlaşdırdıqdan sonra əldə etdiyi mənfəət kəskin azalmışdır, lakin zərərlə nəticələnməmişdir, yəni xərcləri gəlirlərindən çox olmamışdır. Yaxud müəssisənin kifayət qədər debitor alacaqları vardır, lakin debitor alacaqlarını vaxtında yığmadığına görə hazırda kreditor borclarını ödəyə bilmir. Digər tərəfdən əsassız, riskli müqavilələr çərçivəsində xərclər, kreditor öhdəlikləri artmışdır. Əgər şəffaflıqdan söhbət gedirsə, müraciət edən müəssisələrdə kütləvi olaraq əmək müqavilələrinə xitam verilməsi, əməkhaqqının az göstərilməsi və ya işçilərin ödənişsiz məzuniyyətə buraxılması halları baş vermişdirsə, belə müəssisələrin zərərlə bağlı təminat istəməsi ədalətli sayıla bilməz”.

M.Babayev bildirib ki, müəssisələr adətən, mütləq sabit xərclərə görə zərər çəkir: fəaliyyətinin olub-olmamasından asılı olmayaraq müəssisə bu xərcləri çəkmək məcburiyyətindədir. Buna aylıq əməkhaqqı və onunla bağlı digər sosial ödənişlər, icarə haqları, kreditlər və onların faizləri, lizinq ödənişləri, aktivlərin saxlanılması xərclərini misal göstərmək olar. “Bunlar sabit xərclərdir, onların ödənilməsi mütləqdir. Əgər sahibkar fəaliyyət göstərmirsə, gəlir əldə etmirsə, bu xərcləri də ödəyə bilməyəcəkdir. İlk növbədə, belə xərclərin, yəni zərərin əvəzinin ödənilməsinə dəstək verilməlidir”.

M.Babayev xərclərin hesablanmasında mühüm məqama diqqət çəkərək bildirib ki, həmin xərclərin özü də şəffaf təqdim edilməli, şişirtmələrə yol verilməməlidir. Hesabatlarda rəqəmlər dürüst təqdim edilməlidir: “Müəssisənin zərərinin hesablanması üçün sonuncu rübün və ya ayın hesabatları əsas götürülsə də, həmin bəyannamələr və hesabatlarda əks etdirilən göstəricilərlə yanaşı, əvvəlki dövrün göstəriciləri də müqayisəli şəkildə yoxlanılmalıdır ki, bu vəziyyətdən sui-istifadənin, başqa sözlə, son hesabatlarda şişirdilmiş rəqəmlər təqdim etməklə göstərilən dəstəkdən daha çox yararlanmaq üçün xərclərin artırılmasının qarşısı alınsın. Bunun üçün müəssisələrin əvvəlki dövrlərdəki fəaliyyəti və maliyyə göstəriciləri təhlil edilərək müqayisə aparılmalıdır. Bununla da dövlətin dəstəyi daha çox şəffaf işləyən müəssisələrə şamil olunmalıdır”.

Qeyd edək ki, koronovirus pandemiyasının yayılmasını önləmək məqsədilə Nazirlər Kabineti tərəfindən bir sıra obyektlərdə, müəssisələrdə işlərin müvəqqəti dayandırılması, bu zaman işçilərin işdən çıxarılmaması və ya ödənişsiz məzuniyyətə göndərilməməsi tövsiyə edilib. M.Babayev bu tövsiyələrə əməl etməyən sahibkarlara dövlət dəstəyinin göstərilməsini məqsədəuyğun hesab etmədiyini bildirib. Onun fikrincə, ilk növbədə, işçiləri işdən azad etməyən, onların əməkhaqqını kəsməyən, dövlətin çağırışlarına əməl edən sahibkarlara dəstək göstərilməlidir.

ÜST rəhbəri koronavirusun yeni ştammlarının yaranma ehtimalını mümkün sayır
ÜST rəhbəri koronavirusun yeni ştammlarının yaranma ehtimalını mümkün sayır
H.Z.Tağıyevin xeyriyyəçilik və maariçilik fəaliyyəti, onun mənəvi zənginliyinə baxış - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
H.Z.Tağıyevin xeyriyyəçilik və maariçilik fəaliyyəti, onun mənəvi zənginliyinə baxış - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
DİN-də ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib (FOTO)
DİN-də ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
Paraqvayın prezidenti koronavirusa yoluxub
Türkiyədə neft boru kəmərində partlayış baş verib
Avropada COVID-19 peyvəndinin dördüncü dozası immuniteti zəif insanlar üçün tövsiyə edilib
Fransada sutka ərzində koronavirusa yoluxanların sayında antirekord yenilənib
Nyu-Yorkda binada partlayış nəticəsində 1 nəfə ölüb, 9 nəfər yaralanıb
ÜST rəhbəri koronavirusun yeni ştammlarının yaranma ehtimalını mümkün sayır
İsrail prezidenti Hersoq Türkiyəyə gələ bilər - Ərdoğan
ABŞ Şimali Koreyaya təzyiqi artırmaq niyyətindədir
MDU-da “20 Yanvar: Milli tariximizi azadlıq yoluna çıxaran dönüş nöqtəsi” mövzusunda seminar keçirilib (FOTO)
Azərbaycan XİN fransalı nazirin Milli Assambleyadakı çıxışına cavab verib
Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin prezidentliyə namizədinin iddialarına cavab verib
Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - Prokurorluq
Goranboy sakini minaya düşdü, ayağı amputasiya edildi
Dünyada həftə ərzində 18 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb
İsveç hökuməti ölkəyə daxil olanlardan PSR testi tələb etməyəcək
DGK və Böyük Britaniyanın Milli Cinayət Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
H.Z.Tağıyevin xeyriyyəçilik və maariçilik fəaliyyəti, onun mənəvi zənginliyinə baxış - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib
Cənub-qərb küləyi güclənib - FAKTİKİ HAVA
Media Təhlil Mərkəzi Azərbaycanda ekoloji vəziyyətlə bağlı sorğu keçirib
Gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiqi ilə bağlı dəyişiklik edilib
İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb (FOTO)
Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi və qiymət artımına dair müşavirə keçirilib (FOTO)
Baş Qərargah rəisi HHQ-də toplanışın gedişatını izləyib (FOTO)
AGF-nin Ümumi Yığıncağı keçirilib (FOTO)
BSU-da 20 Yanvar faciəsinin qurbanları anılıb (FOTO)
Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb ediliblər
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 930 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edildi
Bakıda alpinist kəndiri ilə 2 milyon manatlıq oğurluq edənlərin növbəti məhkəməsi davam olub
DİN-də ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib (FOTO)
Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur (FOTO)
2021-ci ildə cinayət hadisələrinin sayı azalıb
Ötən il 268 kriminal qrup zərərsizləşdirilib
Ötən il dövlət qurumları üzrə 31 mindən çox cinayət qeydə alınıb - Vilayət Eyvazov
ARDNF-nin ötən il üzrə gəlir və xərcləri açıqlandı
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, şəhidlərimizin ruhu şaddır (FOTO)
Qış Olimpiya yığmamızın bayraqdarı müəyyənləşdi
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO)
Aqrar Sığorta Fondu tərəfindən ötən il yığılan sığorta haqqının məbləği açıqlanıb
Yanvarın 19-na USD/AZN rəsmi məzənnəsi
Feministlər ailəmdə problem yaratdı - Arvadını öldürən şəxs
Rəqəmsal İnnovasiyalar Mərkəzinə yeni rəhbər təyin olundu
Lənkəran sakinləri silahla saxlanılıb
Narkotik tərkibli həblər satan Qazax sakini saxlanıldı
Milli parklarda qayda pozuntusuna görə bir neçə vəzifəli şəxs cəzlandırılıb
Xəzərdən uzunluğu 3 metr, çəkisi 210 kiloqram olan balıq tutulub (FOTO)
Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib
Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb
Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları şəhidin dəfn mərasimində iştirak ediblər
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirilib (FOTO)
Region hotellərində milli ulduz təsnifatı ilə əlaqəli təlimlərə start verilir
Azərbaycan və Türkiyənin tarixi birliyi gələcək nəsillərə miras qalacaq - Səfir (FOTO)
Yelo Bank-la mənzil sahibi olun
Magistral neft kəmərləri ilə nəql edilən neftin həcmi açıqlanıb
Özəl sektordan vergi daxilolmaları 24 faiz artıb
Xalq Bankın ödəniş kartları ilə səyahət daha sərfəlidir!
Sonuncu Amnistiya aktı ilə azadlığa buraxılanların sayı açıqlandı - RƏSMİ
Bakıda bir neçə məşhur restoranda kobud pozuntular aşkarlanıb
Bakı sakinləri Hacı Zeynalabdin Tağıyevə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə təşəkkür edib (FOTO/VİDEO)
Azad olunan ərazidə işləyən şəxsdən narkotik aşkarlandı
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Bolqarıstan nümayəndə heyəti ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Bu gün nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük xeyriyyəçi Heydər Əliyev Fondudur
2021-ci ildə Azərbaycanda ən çox qeydə alınan xəstəliklər məlum olub
Məzənnə də azalacaq, faiz də - Ərdoğan
Azərbaycanın Qarabağ ərazisinə icazəsiz səfər Pekres üçün hüquqi məsuliyyət yaradır - Sevil Mikayılova
Polisin məqsədi pandemiya dövründə vətəndaşı cərimə etmək deyil - Elşad Hacıyev (MÜSAHİBƏ) (VİDEO)
Azad edilmiş ərazilərdə minalar ən çox bu sahələrdə basdırılıb
Metroda gediş haqqı artacaq? - AÇIQLAMA
Prezident İlham Əliyev: Zeynalabdin Tağıyev yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə gələcəyi düşünürdü
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bakıda parklanmanın idarə edilməsi layihəsinə start verildi
Ötən il Azərbaycanda nə qədər uşaq doğulub? - RƏSMİ
İdarədə həyat yoldaşını güllələyən polisin məhkəməsi başladı
Mən Qazaxıstanın paytaxtında istirahətdəyəm - Nazarbayev
Azərbaycan əhalisinin sayı açıqlanıb
2021-ci ilin sosial-iqtisadi nəticələri və inkişaf perspektivləri müzakirə olunub
İranda sutka ərzində koronavirusa yoluxanların sayı yenidən artır
Prezident İlham Əliyev: Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır
Yanvarın 28-dən "AzərSpace" üzərindən yayım HD formata keçiriləcək
Prezident İlham Əliyev: Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi
2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib
Azad edilmiş ərazilərə avtobus bileti alarkən COVID pasportu tələb olunacaq? - AÇIQLAMA
20 Yanvar gününü xalqımız birliyimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü kimi qeyd edir - Dini konfessiya rəhbərləri
Xaricdə yaşayan narkotacirlər üçün narkokuryerlik edən 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qrafik dizaynerlərin işini asanlaşdıracaq vebsaytlar
Avropa Parlamentinə yeni sədr seçilib
Uşaq bağçalarının Təhsil Nazirliyinə təhvil verilmə prosesi davam edir - RƏSMİ
Bu gün Yerin yaxınlığından asteroid keçəcək
Bərdədə sənədsiz silahlar müsadirə olunub
ANAMA-nın sədr müavini təmizləmə əmliyyatlarının aparıldığı sahələr üzrə əraziləri açıqlayıb (ÖZƏL)
İğdır-Naxçıvan qaz kəməri layihəsinin büdcəsi açıqlanıb
Sabah Moskvada Rusiya və İran prezidentlərinin görüşü olacaq
20 Yanvar günü metronun 3 stansiyası gücləndirilmiş rejimdə işləyəcək
Rusiyada bir gündə 31 mindən çox şəxs koronavirusa yoluxub
Millət vəkili Könül Nurullayeva uşaq-gənclər inkişaf mərkəzlərinə baş çəkib (FOTO)
Biznes vebsaytınızın fiziki serverə niyə ehtiyacı olduğunun 5 səbəbi
Sabah hava necə olacaq?
Bütün xəbərlər