...

Azərbaycanda tikinti materialları sahəsində istehsalın ümumi dəyəri azalıb

İqtisadiyyat Materials 21 Aprel 2020 20:06 (UTC +04:00)
Azərbaycanda tikinti materialları sahəsində istehsalın ümumi dəyəri azalıb

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 141,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz azalıb.

Trend-in məlumatına görə, tikinti gipsinin istehsalı 39,0 dəfə, asfaltın istehsalı 9,3 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 5,2 faiz, tikinti kərpicinin istehsalı 1,5 faiz artmış, sementin istehsalı 3,0 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 5,1 faiz, tikinti əhənginin istehsalı 29,1 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 36,2 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 59,8 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti