...

Azərbaycanda işəgötürənlər üçün yeni tələb müəyyən edilir

İqtisadiyyat Materials 19 May 2020 15:53 (UTC +04:00)
Azərbaycanda əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş şəxslərlə bağlı işəgötürənlər üçün yeni tələb qoyulur.
Azərbaycanda işəgötürənlər üçün yeni tələb müəyyən edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş şəxslərlə bağlı işəgötürənlər üçün yeni tələb qoyulur.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məşğulluq haqqında" qanuna əlavə edilən yeni maddədə deyilir.

Bu əlavəyə əsasən, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna uyğun olaraq işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti