...

Abşeron dairəvi dəmir yoluna əlavə qatarlar buraxıldı (FOTO)

İqtisadiyyat Materials 20 May 2020 16:47 (UTC +04:00)
Abşeron dairəvi dəmir yoluna əlavə qatarlar buraxıldı (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sərnişin sıxlığının artması ilə əlaqədar bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti ilə daha iki qatar hərəkətə başlayacaq.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər. Qeyd olunub ki, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə hərəkət edən 6620 nömrəli qatar Sumqayıtdan 18:10-da yola düşəcək və Bakıya 19:00-da çatacaq. Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət edən 6023 nömrəli qatar isə Bakıdan 19:16-da yola düşəcək və Sumqayıta 19:53-də çatacaq.

Əlavə olunub ki, bu qatarlar yalnız iş günlərində fəaliyyət göstərəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti