...

Astaranın 3 kəndində müasir elektrik enerji sistemi qurulub (VİDEO)

İqtisadiyyat Materials 20 May 2020 19:10 (UTC +04:00)
Astaranın 3 kəndində müasir elektrik enerji sistemi qurulub (VİDEO)

Bakı. Trend:

Astara rayonunun 3 yaşayış məntəqəsi – Diqo, Dolu və Sekaşan kəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub. “Azərişıq” ASC adı çəkilən kəndlərdə işləri tam yekunlaşdırıb.

Bu haqda məlumatı Trend-ə “Azərişıq” ASC Mətbuat xidmətinin rəisi Vaqif Mustafayev verib.

O bildirib ki, Prezident İlham Əliyev Astara rayonunun 3 yaşayış məntəqəsində - Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə müvafiq sərancam imzalayıb. Sərəncam əsasında “Azərişıq” ASC-nin başladığı işlər artıq yekunlaşıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində hər 3 kənddə müasir elektrik enerji sistemi qurulub.

Kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb, elektrik kabel xətləri çəkilib, həmçinin yeni dayaqlar quraşdırılıb. Keçilməz dağ yollarında texnika işləyə bilmədiyi üçün mal-materalın böyük hissəsini “Azərişıq” ASC-nin əməkdaşları əllə daşıyıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti