...

Qaradağ sakinləri 1 saylı DOST mərkəzinin xidmətlərindən faydalana biləcək

İqtisadiyyat Materials 30 May 2020 10:33 (UTC +04:00)
Qaradağ sakinləri 1 saylı DOST mərkəzinin xidmətlərindən faydalana biləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin 1 saylı Bakı DOST mərkəzinin xidməti ərazi üzrə fəaliyyət dairəsi genişləndirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda Bakının Səbail və Yasamal rayonlarının əhalisinə xidmət göstərən 1 saylı mərkəzin Qaradağ rayonunu da əhatə etməsi üçün müvafiq hazırlıq işləri aparılır.

Yaxın aylarda bu işlər yekunlaşandan sonra artıq Qaradağ rayonunun sakinləri də 1 saylı DOST Mərkəzinin xidmətlərindən faydalana biləcək.

Ötən ilin may ayından Bakıda 3 DOST mərkəzi yaradılıb və paytaxtın 7 rayonunun əhalisi DOST xidmətləri ilə əhatə olunub.

Bu mərkəzlərdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində 132 növdə xidmət “bir pəncərə”dən təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti