...

"Azərsu": Neftçala və 7 kəndin içməli su təminatı üçün texnika ayrılıb

İqtisadiyyat Materials 5 İyun 2020 18:04 (UTC +04:00)
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Neftçala rayonu və 7 kəndində yaranan içməli su qıtlığı ilə bağlı tədbirlər görür.
"Azərsu": Neftçala və 7 kəndin içməli su təminatı üçün texnika ayrılıb

Bakı. Samir Əli - Trend:

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Neftçala rayonu və onun 7 kəndində yaranan içməli su qıtlığı ilə bağlı tədbirlər görür.

Bu barədə Trend-ə açıqlamasında "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda bununla əlaqədar 7 su maşını cəlb edilib: "Kür çayında suyun səviyyəsi aşağı düşdüyündən dənizin suyu çaya qarışıb və nəticədə həmin sudan istifadə mümkün deyil. Buna görə artıq sugötürən nasosların da fəaliyyəti müvəqqəti dayandırılıb. Hazırda Şirvan-Muğan qrup su kəmərinin Salyan rayonu ərazisindən keçən hissəsindən su götürülərək anbarlara verilir, həmin anbarlardan su maşınlar vasitəsilə Neftçala rayonuna daşınır".

A.Cəbrayıllı bildirib ki, artıq 2 gündür Neftçalanın mərkəzi və 7 kəndin içməli su təminatı bu yolla tənzimlənir.

Xatırladaq ki, Kür çayında suyun səviyyəsinin azalması nəticəsində Xəzər dənizindən duzlu su Kür çayına axmağa başlayıb. Nəticədə, Neftçala rayonu və onun 7 kəndində içməli su problemi yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti