...

Xaçmaz KOB evində göstərilən xidmətlər üzrə sahibkar məmnunluğu 97%-dir

İqtisadiyyat Materials 8 İyun 2020 15:50 (UTC +04:00)
Xaçmaz KOB evində göstərilən xidmətlər üzrə sahibkar məmnunluğu 97%-dir

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB evi tərəfindən sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 97% təşkil edir.

KOBİA-dan Trend-ə bildirilib ki, Xaçmaz KOB evində sahibkarlara təqdim olunan xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi üçün elektron sistem tətbiq olunur və hər bir xidmət üzrə yerindəcə məmnunluq səviyyəsi ölçülür.

Qeyd edək ki, bu ilin fevral ayından fəaliyyət göstərən Xaçmaz KOB evində sahibkarlara 25 xidmət pəncərəsi üzrə 300-ə yaxın dövlət (“G2B”) və biznes-biznes (“B2B”) xidmətləri vahid məkanda təqdim olunur. İndiyədək Xaçmaz KOB evi tərəfindən sahibkarlara 4500-dən çox xidmət göstərilib. Sahibkarlara xidmətlərin bir məkanda göstərilməsi vaxt itkisini və əməliyyat xərclərini azaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti