...

BŞİH: Hər dəfə dezinfeksiya işlərinə 2 minə yaxın insan cəlb edilir

İqtisadiyyat Materials 12 İyun 2020 17:44 (UTC +04:00)
BŞİH: Hər dəfə dezinfeksiya işlərinə 2 minə yaxın insan cəlb edilir

Bakı. Trend:

Bakı şəhər İcra Hakimiyyətinin dezinfeksiya etdiyi ərazilər hər dəfə artırılır.

Bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə bu işlərə 2 minə yaxın insan ayrılır: “İcra Hakimiyyəti nəzdində 11 min 415 bina mövcuddur və bu yaşayış yerlərinin bloku, həyəti və liftləri dezinfeksiya olunur. Bundan əlavə, həftə sonları genişmiqyaslı dezinfeksiya işləri aparılır ki, bu barədə mediada da məlumat verilir. Həmin ərazilər hər həftə artmaqda davam edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti