...

“KOB könüllüləri”nin fermerlərə dəstək təşəbbüsü (FOTO)

İqtisadiyyat Materials 23 İyun 2020 12:14 (UTC +04:00)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərindən yararlanmış Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatında məhsul yığımına başlanılıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, 10 ha ərazidə yerləşən lavanda təsərrüfatında məhsul biçininə KOBİA-nın Qəbələ-Oğuz “KOB Dostu” ofisinin və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri də dəstək göstəriblər.

Lavanda təsərrüfatının fəaliyyəti ilə tanış olan könüllülərə təsərrüfat və lavandadan hazırlanacaq məhsullar barədə ətraflı məlumat verilib. Könüllülər lavanda biçinində iştirak etməklə bu sahədə praktiki bacarıqlar əldə edib, həmçinin bu sahənin inkişafına ictimai dəstək nümayiş etdiriblər.

Ölkənin 20-yə yaxın şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” ofislərinin könüllüləri məhsul yığımı dövründə müxtəlif təsərrüfatlarda olacaq, sahibkarlardan praktik biliklər öyrənməklə yanaşı, məhsul yığımı prosesində də iştirak edəcəklər.

Qeyd edək ki, KOBİA tərəfindən Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatına müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətləri göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti