Bakı. Samir Əli - Trend:
Pandemiya dövründə ümumilikdə idxalın həcminin azalması 5 faiz ətrafında müşahidə edilir.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, ixrac əməliyyatında da azalma müşahidə edilir:
"Dünya bazarında neftin qiymətində azalmanın olması ixraca da təsir edib. Qeyd edim ki, bizim ixrac etdiyimiz məhsulların dəyəri idxalın dəyərini üstələyir".
Nazir qeyd edib ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu zərərin həcmi barədə danışmaq hələ tezdir:
"Hazırda bu proses davam edir. Hesablamalar aparılır".