Bitkilər üçün təhlükəli Asiya çəyirtkəsinə qarşı necə mübarizə aparılmalıdır?

Bitkilər üçün təhlükəli Asiya çəyirtkəsinə qarşı necə mübarizə aparılmalıdır?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə bitkilər üçün təhlükəli zərərvericilərdən sayılan Asiya çəyirtkəsi (Locusta migratoria L.) haqqındadır.

Asiya çəyirtkəsinə Azərbaycanın Şabran, Xaçmaz, Sabirabad, Ağcabədi və digər rayonlarda olan çay vadilərində, göl və kollektorların ətrafında bitən kolluq və qamışlıqlarda rast gəlinir. Zərərverici respublika ərazisinə qonşu ölkələrdən də miqrasiya edə bilir.

Qeyd edək ki, Asiya çəyirtkəsinin bədəni yaşıl, yaxud qonur, üst çənələri isə mavi rəngdədir. Qanadlar üzərində qonur ləkələr vardır. Asiya çəyirtkəsi yumurtalarını xüsusi küpəciklər içərisində torpağa qoyur. Bir yetkin dişi çəyirtkə mövsüm ərzində 2-3 yumurta küpəciyi qoyur ki, bunların da hər birində 55-dən 115-dək yumurta olur. Azərbaycanda mayın birinci yarısından başlayaraq yumurtalardan sürfələr çıxmağa başlayır. İqlim şəraitindən asılı olaraq proses 2 həftəyə (7-14 gün) qədər davam edir. İnkişafı müddətində çəyirtkələrin sürfələri 40-48 günə qədər davam edən 5 yaş (böyümə) dövrü keçirir. İlk böyümə dövründə onlara bitki örtüyü seyrək olan yerlərdə daha çox rast gəlinir və qamış, yabanı dənli və paxlalı bitkilərin yarpaqlarını yeyərək inkişaf edirlər. Yaşlı sürfələr isə sıx qamışlıq və müxtəlif əkin sahələrinə (taxıl, pambıq, qarğıdalı və s.) daraşaraq bitkilərin gövdə və yarpaqlarını gəmirərək qırıb tökür və zədələyir. Yetkin Asiya çəyirtkəsinin uzunluğu 60-75 mm-dir. Onlar cütləşmə prosesi və yumurta qoyması üçün əkin sahələrində yaxşı qidalandıqdan sonra çay və göl ətrafında olan qamışlıqlara uçub gəlirlər.

Çəyirtkələr təkcə taxıl, qarğıdalı, pambıq və digər bitkilərə daraşaraq onları məhv etmir, həm də meyvə ağaclarının və digər yaşıllıqların yarpaqlarını yeyərək onlara zərər vurur. Hər fərd ömrü boyu 300 qr-dək yaşıl kütlə yeyir. Kütləvi çoxalma dövründə fərdlərin sayı 1 m²-də bir neçə yüzə, hətta minə çatır. Kütləvi çoxalma zamanı çəyirtkələr toplaşıb kuliqalar (sürfələrin topası), yaxud sürülər (yetkin çəyirtkələrin toplanması) əmələ gətirirlər. Sürü halında yaşayanlar uzaq məsafələrə hərəkət etməklə daha ziyankar olurlar. Qeyd edək ki, Asiya çəyirtkəsi gün ərzində sürü ilə 30 kilometrdən çox məsafəni qət edə bilir. Çəyirtkə sürüləri 15-20 km/saat sürətlə hərəkət edərək, gündə 20 saat uçuş etmə qabiliyyətinə malikdirlər.

Çəyirtkələrə qarşı əsasən aqrotexniki və kimyəvi mübarizə üsulundan istifadə edilir. Xüsusən payız aylarında torpağın üzdən yumşaldılması, malalanması və kultivasiyanın aparılması səmərəli tədbirdir. Həmçinin erkən yazda əkinlər arasındakı boş yerlərin, yol kənarlarının və suvarma kanallarının yamaclarının disklənməsi faydalıdır. Belə tədbirlərlə çəyirtkənin yumurtalarını əzərək və ya torpaq səthinə çıxararaq qismən məhv etmək olar.

Asiya çəyirtkəsi kütləvi surətdə sahələrə daraşıb, bitkilərə zərər vurduğu dövrdə ona qarşı kimyəvi mübarizə metodlarının tətbiqi daha yüksək səmərə verir. Qeyd edək ki, çəyirtkələri istənilən dövrdə preparatlarla məhv etmək olar. Lakin yetkin çəyirtkə fərdləri kimyəvi zəhərlərə qarşı əhəmiyyətli dərəcədə davamlı olur. Çəyirtkənin yaşından asılı olaraq, preparatın dozası dəyişdirilməlidir. Çiləmələrin axşam (saat 18-dən 20-dək) və səhər saatlarında (saat 5-dən 10-dək) aparılması tövsiyə edilir.

Son illərdə Azərbaycanda çəyirtkələr əleyhinə adi çiləmələrdə əsasən Fastoks, Xlorban, Siraks, Kingor, Superhard və Kral, ultra kiçik həcmli çiləmələrdə isə Xlorsirin ULV, Cypermectin ULV, Faskil ULV və Alpaç ULV preparatlarından istifadə edilərək mübarizə aparılır. Bu preparatların bioloji səmərəliliyi 81-96 % arasında dəyişir.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri Asiya çəyirtkəsinin ehtimal olunan çoxalma mənbələrini aşkar etmək məqsədilə vaxtaşırı müşahidələr keçirir. Bu da zərərvericinin inkişafını nəzarətdə saxlamaq üçün mühüm əhəmiyyət daşıyır.

Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək - Çavuşoğlu
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək - Çavuşoğlu
Yeni Dünya Nizamı və Hindistan
Yeni Dünya Nizamı və Hindistan
Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır – Türkiyə Prezident Administrasiyası
Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır – Türkiyə Prezident Administrasiyası
Loading Bars
Xəbər lenti
Azərbaycan gimnastı qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə finala çıxıb
Vətəndaşları aldadaraq onların 90 min manatını mənimsəyən qadın saxlanılıb (FOTO)
İranda ötən sutka 87 nəfər koronavirusdan ölüb
Avtobus sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur - BNA
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları davam edir (FOTO)
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək - Çavuşoğlu
SOCAR 1500-dən çox işçinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib
Yeni Dünya Nizamı və Hindistan
Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır – Türkiyə Prezident Administrasiyası
DSMF ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşmanı yekunlaşdırdı
Prezident İlham Əliyevin mövqeyi Soçidə qəbul olunan birgə bəyanatda qeyd-şərtsiz öz əksini tapıb - Deputat
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Xocasəndə 2500-dən çox ağac əkilib (FOTO)
Füzuli rayonunun Qoçəhmədli kəndi (VİDEO)
Yük avtomobillərinin gün ərzində yollarda hərəkəti tıxaca səbəb olur - DYP
CAR-da "omikron" ştammına 50 yeni yoluxma qeydə alınıb
Bakının bu yollarında hərəkət məhdudlaşdırılıb
Milli Gimnastika Arenasında özümüzü çox rahat hiss edirik – İsrail gimnastları
Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi - Vüqar Rəhimzadə
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilir (FOTO)
Sosial şəbəkələrdə narkotik satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri cərimələnib (FOTO)
Bazar günü hava necə olacaq?
Prezident İlham Əliyev əvvəllər olduğu kimi qalib görünürdü - "Kommersant" Soçi görüşü barədə
Rusiyada silah zavodunda partlayış olub - Xəsarət alanlar var
Şəmkirdə bazar yandı (VİDEO)
Uşaqlarını tək böyüdən və çoxuşaqlı qadınların işlə təminatı üçün sosial müəssisə yaradılacaq
Şamaxıda qadını şantaj edib, qızıllarını alan şəxs saxlanıldı
Bakı Milli Gimnastika Arenasında çıxış etmək inanılmazdır – Qazaxıstan gimnastı
Soçidəki görüş doğru istiqamətdə atılan böyük addımdır - Amerikalı ekspertlər
Gələn il Bakıda mənzil qiymətləri stabilləşə bilər - Ekspert
“Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda toplantı keçirilib (FOTO)
Ötən gün COVID pasportu olmayan 70 nəfər toya buraxılmayıb
Vaksinlə bağlı əks-göstəriş sertifikatı alanların sayı açıqlanıb
Mədəkiçiltmə əməliyyatından öncə psixoloqa müraciət etmək tövsiyə olunur - Həkim
Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının ikinci günü start götürüb (FOTO)
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizdə ən yüksək dövrünü yaşayır - TƏHLİL
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı beynəlxalq konfransda iştirak edir
Yaxın zamanda azad olunmuş ərazilərdə 11 hidroloji məntəqənin quraşdırılmasına başlanılacaq - ETSN
Azərbaycan nefti kəskin ucuzlaşıb
Bakıda mənzillərə istilik niyə tam verilmir? - AÇIQLAMA
Ərdoğan Türkmənistana səfər edəcək
Xəzər dənizində zəlzələ qeydə alınıb
Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Şimali İrlandiyada qasırğa bir nəfərin ölümünə səbəb olub
8 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilir
"Moderna" koronavirusun yeni ştammına qarşı peyvənd hazırlayacaq
ABŞ-da ticarət mərkəzində atışma olub
Aİ-nin paytaxtında Uber qadağan edildi
Makron BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək
ÜTT pandemiya fonunda 4 il sonra ilk nazirlər konfransını təxirə salıb
Rusiya və Çin Türk Dövlətləri Təşkilatının təbii üzvləridir - Binəli Yıldırım
Koronavirusun yeni ştammına "omikron" adı verildi
Soçidəki üçtərəfli görüşü tarixi adlandırmaq olar - Slutski
Bakı uğur gətirir - Dünya Yaş Qrupları Yarışlarının qızıl medalçısı
Türkiyə 5 ölkə üçün sərhədlərini bağladı
Meksikada ağır yol qəzası olub, çox sayda ölən və yaralanan var
Azərbaycan növbəti dəfə qarşısına qoyduğu məqsədlərə nail oldu - Soçi görüşünün TƏHLİLİ
XİN Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü şərh edib
Türkiyədə son sutkada koronavirusdan 25 341 nəfər sağalıb
Putin Rusiya Təhlükəsizlik Şurası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün nəticələrini müzakirə edib
Tanınmış mədəniyyət xadimləri Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi ilə bağlı fikirlərini bölüşüb
Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq
Prezident İlham Əliyev: Biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq
Putin Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasından danışdı
Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan Qarabağ müharibəsindən sonra 100-dən çox əsiri İrəvana təhvil verib
Üçtərəfli İşçi Qrup gələn həftə Moskvada görüşəcək - Putin
Prezident İlham Əliyevin Soçi şəhərinə işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev: Soçidə qəbul edilən qərarlar Cənubi Qafqazda təhlükəsizliyə töhfə verəcək
Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılması barədə razılığa gəliblər - Putin
Tütün məmulatlarından istifadə ilə bağlı monitorinq keçiriləcək
AQTA pomidor istixanalarında fitosanitar monitorinqləri davam etdirir (FOTO)
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu yarışlarının ikinci gününün qalibləri mükafatlandırılıb (FOTO)
Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Rusiya idmançıları Bakıda batutla sinxron tullanmada qızıl medal qazanıblar
Bakıda Dünya Yaş Qrupu Yarışı: ABŞ gimnastları batutla sinxron tullanmada birinci yeri qazandılar
Alimlər koronavirusa qarşı dərmanın yaradılması üçün test sistemi hazırlayıb
Dünya Yaş Qrupu Yarışları: Qoşa mini-batutla tullanma üzrə bütün mükafatları Rusiya idmançıları qazanıb
Bakıda keçirilən Dünya Yaş Qrupu yarışı: Fransız gimnast qalib gəldi
XİN-in kollektivi “Nizami ili” çərçivəsinə Gəncə şəhərinə səfər edib (FOTO)
Əla hazırlıq və çətin elementlər - Dünya Yaş Qrupu Yarışlarının ikinci gününün ən maraqlı anları (FOTO)
Bakıda bir neçə marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilir
Rusiya Prezidenti: Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır
Azərbaycanda 2137 hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb
Rusiyalı gimnast kişilər arasında tamblinq proqramında qızıl medal qazanıb
Rusiyalı gimnast Bakıda Dünya Yaş Qrupu yarışlarında qoşa mini batutla tullanma proqramında birinci yeri tutub
Portuqaliyalı atlet Bakıda keçirilən Dünya Yaş Qrupu yarışında fərdi batutla tullanmada birinci yeri tutub (FOTO)
Bakıda dünya yaş qrupları üzrə yarış: Rusiya gimnastı batutla tullanmada qızıl medal qazanıb
Mətbuat Şurası və Yazıçılar Birliyi birgə toplantı keçirib (FOTO)
Vladimir Putin Prezident İlham Əliyevi səmimi qarşılayıb (VİDEO)
Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edildi
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
Prezident İlham Əliyev: Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb
Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk
Vladimir Putin: Regionda gələcək normal həyat üçün şərait yaradılır
Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirəcək
Bakının bəzi ərazilərində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Bütün xəbərlər