Yusif Yusifov: Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək (MÜSAHİBƏ)

Yusif Yusifov: Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək (MÜSAHİBƏ)

Bakı. Trend:

Trend Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifovla müsahibəni təqdim edir:

- Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında Dövlət Statistika Komitəsinə hasilat sənayesində şəffaflığın təmin edilməsi həvalə olunub. Bu tapşırığın yerinə yetirilməsi istiqamətində Komitə tərəfindən hansı addımlar nəzərdə tutulub?

- Öncə bildirmək istərdim ki, Azərbaycan Respublikası hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri həmişə dəstəkləmişdir. Ölkəmiz hasilat sənayesində şəffaflığı ən yüksək səviyyədə təşviq edərək 2003-cü ildə "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü"nə qoşulmuş, 2005-ci ildə dünyada ilk dəfə MHŞT üzrə hesabatı açıqlamışdır. Hasilat sənayesində şəffaflığın təmin olunması və dövlət xidmətlərinin göstərilməsi sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilmiş və Birləşmiş Millətlər Təşkilatının "Dövlət Xidmətləri Mükafatı"na və "2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı"na layiq görülmüşdür. "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanı ilə aidiyyatı dövlət qurumlarının yüksək vəzifəli şəxslərindən ibarət Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır. Fəaliyyət göstərdiyi müddət ərzində Komissiya hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın təmin edilməsi məqsədilə lazımı tədbirləri həyata keçirmiş və bu sahədə hazırlanmış hesabatları mütəmadi dərc etmiş, ictimaiyyəti məlumatlandırmışdır. Lakin məlum olduğu kimi, son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdən biri də dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkanlarını sadələşdirmək, məlumatları sərbəst əldə etmək üçün şəffaflıq və hesabatlılığın müntəzəmliyini təmin etmək məqsədilə hesabatlılığın aidiyyəti dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi yolu ilə tədricən onların açıqlama və hesabatvermə sistemlərinə inteqrasiya olunmasıdır. Bununla əlaqədar hasilat sənayesində şəffaflıq üzrə daha ardıcıl və dayanıqlı hesabatlılığın təmin edilməsi məqsədilə "Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 iyul tarixli Fərmanı qəbul edilmişdir. Sözsüz ki, Fərmanın qəbulu bu sahədə hesabatlılığın səmərəliliyini artıracaq, məlumatlardan istifadə imkanlarını sadələşdirəcək və onların daha sərbəst əldə olunmasına gətirib çıxaracaqdır.

Sözügedən Fərmanın icrası istiqamətində ilk addım olaraq Dövlət Statistika Komitəsi tərəfindən aidiyyəti dövlət orqanları (qurumları), beynəlxalq təşkilatlar, hasilat sənayesində fəaliyyət göstərən xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində müvafiq hesabat forması hazırlanacaq, onun təqdim edilməsi qaydası, dövriliyi və müddəti müəyyən olunacaqdır. Həmin formaya uyğun olaraq hasilat sənayesi sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlardan məlumatlar toplanılacaq, toplanmış məlumatlar əsasında ümumiləşdirilmiş rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanması təmin ediləcəkdir.

- Bu tədbirlərin görülməsinə nə zamandan başlanacaq?

- Fərmanın icrası ilə bağlı artıq hazırlıq işlərinə başlanılmışdır və hazırda beynəlxalq təcrübə araşdırılır. Çünki sözügedən Fərmanın qəbulu rəsmi statistikada yeni yanaşmanı şərtləndirir. Belə ki, bir tərəfdən həm hasilat sənayesi sahəsində yeni və daha ətraflı məlumatlar toplanmalı, digər tərəfdən isə mövcud rəsmi statistika hesabatları əsasında toplanan məlumatlar yeni tələblərə uzlaşdırılmalıdır. Bu baxımdan əsas hədəfimiz qeyd etdiyimiz kimi bu sahədə hesabatlılığın rəsmi statistika sisteminə inteqrasiyası, məlumatların toplanması, emalı və yayılması proseslərinin statistik istehsal prosesinin tərkib hissəsinə çevrilməsini təmin etməkdir ki, bununla əlaqədar zəruri tədbirlər həyata keçiriləcəkdir.

- Bu çərçivədə statistik məlumatların hazırlanmasında hansı dəyişikliklər baş verəcək? Bunun üçün Komitə hansısa digər qurumlarla əməkdaşlıq edəcəkmi?

- Hazırda Dövlət Statistika Komitəsi tərəfindən hasilat sənayesində mövcud rəsmi statistika hesabatları əsasında bir sıra statistik məlumatlar hazırlanaraq onların yayımı həyata keçirilir. Məsələn, hər il nəşr olunan "Azərbaycanın sənayesi" statistika məcmuəsində hasilat sənayesində istehsal edilmiş məhsulun həcmi, əsas fondlar, bu sahədə çalışan işçilərin sayı, onların orta aylıq əmək haqqı, natura ifadəsində məhsul istehsalı və digər əsas göstəricilər öz əksini tapmışdır. "Azərbaycanın energetikası" statistika məcmuəsində isə milli enerji balansı, enerji məhsullarının əmtəə balansları və energetika statistikasına aid digər zəruri məlumatlar verilmiş, o cümlədən energetika müəssisələrinin işinin əsas göstəriciləri, enerji istehlakı və elektrik enerjisinin enerji istehlakındakı payı, enerji tutumu, enerji səmərəliliyi, enerji balansı və balansın sektorlar üzrə bölgüsü, ayrı-ayrı enerji məhsullarının əmtəə balansları, enerji məhsullarının iqtisadi fəaliyyət növləri üzrə istehlakı, xam neftin, təbii qazın hasilatı və s. göstəricilər əhatə olunmuşdur. Bundan başqa, bu sahədə müxtəlif statistik bülletenlər, təhlili materiallar, prez relizlər və s. hazırlanaraq istifadəçilərə təqdim edilir. Yuxarıda qeyd olunduğu kimi, hazırkı Fərmanın qəbulu hasilat sənayesi sahəsində həm mövcud məlumatların sistemləşdirilməsini, həm də bugünəcən rəsmi statistikada öyrənilməyən bir sıra göstəricilər üzrə yeni məlumatların, xüsusilə maliyyə göstəricilərinin toplanmasını, onların ümumiləşdirilərək vahid platformada ictimaiyyətə açıqlanmasını şərtləndirir. Bununla əlaqədar Komitə tərəfindən statistik istehsal prosesinin mərhələlərindən asılı olaraq, o cümlədən tələbatın öyrənilməsindən başlayaraq məlumatların yayımınadək olan mərhələdə aidiyyəti qurumlarla əməkdaşlıq ediləcəkdir. Bu sahədə əlavə statistik məlumatların əldə edilməsi, inzibati məlumatlardan rəsmi statistikanın məqsədləri baxımından istifadə imkanlarının artırılması üçün dövlət orqanlarının məlumat bazalarının Komitənin statistik məlumat bazasına inteqrasiyası, respondentlərin üzərinə düşən məlumat yükünün azaldılması da qarşıda duran vəzifələrdən hesab edilir.

- Hasilat sənayesində şəffaflığın təmin edilməsi bu sahənin inkişafında hansı irəliləyişlərə səbəb olacaq?

- Bildirim ki, Dövlət Statistika Komitəsinin əsas vəzifəsi istifadəçilərin rəsmi statistikaya olan tələbatının ödənilməsi üçün informasiya təminatını təşkil etməkdir. Hesab edirik ki, görülmüş tədbirlər hesabına hasilat sənayesində sistematik açıqlamaya keçid həyata keçirilən fəaliyyətin səmərəliliyini daha da artıracaq, məlumatlardan istifadə imkanlarını sadələşdirəcək və onların daha sərbəst əldə olunmasını təmin etməyə imkan verəcəkdir.

Bağlanan 4 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
Bağlanan 4 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
İpoteka girovlarının qiymətləndirilməsi ilə bağlı müzakirələr aparılıb
İpoteka girovlarının qiymətləndirilməsi ilə bağlı müzakirələr aparılıb
İstixanalar borclarını ödəməyə başlayıb - "Azəriqaz"
İstixanalar borclarını ödəməyə başlayıb - "Azəriqaz"
Loading Bars
Xəbər lenti
Azərbaycaycanda online satış fırıldaqçılığı - onlara aldanmayın (FOTO)
Bağlanan 4 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
İpoteka girovlarının qiymətləndirilməsi ilə bağlı müzakirələr aparılıb
Altıağacdakı "Cənnət bağı"nda qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Yunanıstan səfiri ilə görüşüb
Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş
Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən nə qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll ediləcək (FOTO)
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı
Deputat: Ermənistanın məqsədi danışıqlar prosesini tamamilə fiaskoya uğratmaqdır
İstixanalar borclarını ödəməyə başlayıb - "Azəriqaz"
Fransanın dövlət borcu rekord həddə çatıb
Romada ictimai nəqliyyat işçilərinin tətili - Şəhərdə hərəkət iflic olub
Deputat: Koronavirus qlobal pandemiya elan olunan ilk gündən Azərbaycanda məhz insanların sağlamlığı önə çəkildi
Sabah 33 dərəcəyədək isti olacaq
Azərbaycan nefti ucuzlaşdı
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 42,5 milyon manat ayrılıb - Sərəncam
Azərbaycan Prezidenti: Ermənistan müharibəyə hazırlaşır
Prezident İlham Əliyev: Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir
Prezident İlham Əliyev: Region daha təhlükəsiz bir məkana çevrilməyib, vəziyyət mənfi məcraya doğru gedir
Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib
Qazaxıstanlı politoloq: Azərbaycan türkdilli dünyanın qarşılıqlı münasibətlərində vacib halqadır
Suraxanıda 2 əl qumbarası tapılıb (FOTO)
İrandan gizli şəkildə 3 minə yaxın dərman keçirmək istədilər (FOTO/VİDEO)
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO)
Gəncə şəhər Auditor təşkilatının sabiq direktoru həbs edildi
Karantini pozan çay evinin sahibi və müştəriləri cərimələnib
"Torqovı"da tavanı çökmüş bina bərpa edildi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Ermənistan Qarabağa terrorçuları köçürür: ASALA-nın orada olması barədə faktlar var
Bakıda 27 136 uşaq məktəbəhazırlıq qruplarına gedəcək
DƏMX: Məzuniyyətin bölünmüş hissələrdən biri 2 həftədən az olmamalıdır
Rusiyada koronavirusdan ölənlərin sayı 20 mini keçdi
Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı
Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Türkmənistanda parlament ikipalatalı olacaq
Əmək Müfəttişliyi işçilərin şənbə və bazar günü işləməsinə münasibət bildirdi
Vəkillər Kollegiyasının Aparat rəhbəri vəzifəsindən azad edildi
BMT Prezident İlham Əliyevin çıxışını xüsusi xəbər kimi yayıb
BMT-nin Ali Komissarının nümayəndələri Vəkillər Kollegiyasının sədri ilə görüşüb
İki dəfə daha ucuz qiymətə ödəniş üzükləri!
Mingəçevir Dövlət Universitetinin rektoru tələbə adı qazananları təbrik edib
Azərbaycan ötən il xaricə 13.4 milyon dollarlıq tütün satıb
COVİD-19 xəstəliyinin diaqnostikasında nələrə diqqət etməliyik?
Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir
Təcrübəsiz işə qəbul? - “Rabitəbank”da bu mümkündür!
Bakı Slavyan Universitetində tələbələrin qeydiyyatı onlayn formada həyata keçirilir
Ermənistanda koronavirusa gündəlik yoluxma sayı 400-ə yaxınlaşır
COVİD-19-la mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə avqust əlavələri ödənildi
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (FOTO) (YENİLƏNİB)
Tank bölmələri artilleriya ilə qarşılıqlı fəaliyyətdə təlim-döyüş tapşırıqlarını icra edirlər (FOTO/VİDEO)
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Pensiyaçı vəsaitini kartda neçə müddət saxlaya bilər?
MİDA mənzil seçimi etmiş vətəndaşlar barədə statistik məlumatları açıqlayıb
“Azərişıq” son günlər 19 qanunsuz qoşulma aşkar edib (FOTO/VİDEO)
ADY-nın 140 illliyi ilə bağlı medal təsis ediləcək
Hesablayıcı Komissiyasının üzvü seçiləcək
DSX Azərbaycana külli miqdarda narkotik keçirən şəxsləri yaxalayıb (FOTO)
Azərbaycan Kubada səfirlik açacaq
Fermerlərə şad xəbər - Ammofos gübrəsinin qiymətləri endi (VİDEO)
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə 359 min manat ödənilib
Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi məlum oldu
Rezidenturaya ixtisas seçimi bu gün başa çatır
Sərhədyanı kəndin yolu təmir edilir (FOTO)
Politoloq: Ermənistan regionda təhlükə mənbəyi olan bir dövlətdir
Bu gündən ali məktəbə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır
Prokurorluq Bakıda nənəsi və bibisini öldürən şəxs barədə məlumat yaydı
Yaşa görə pensiyaların 88 faizi elektron qaydada təyin olunub
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Biləsuvarda ölümlə nəticələnən qəzanın görüntüləri (VİDEO)
"Prezident Heydər Əliyev" tankerinin əsaslı təmiri yekunlaşıb
İndiyə qədər 35 000 kubmetr oduncaq tədarük olunub
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Bakıda nənəsi və bibisini öldürən şəxs saxlanıldı
Sentyabrın 25-də xarici valyutaların manata qarşı məzənnələri
Evdə kişi meyiti tapılıb
Lənkəranda yük avtomobili yanıb
"Google"ın işində qüsurlar yaranıb
AİB Azərbaycana 450 min ABŞ dollarından çox vəsait ayırıb
Çində sutka ərzində daha 8 nəfər koronavirusa yoluxub
Yaponiyada rəqəmsal texnologiyaların inkişafı üçün 130 milyon dollara yaxın məbləğ ayırıla bilər
Fransada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb
Tərtər rayonunda ev yanıb
Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb
"Bavariya" tarixində ikinci dəfə UEFA Superkubokunu qazanıb
Prezident İlham Əliyev: Ermənistanda faktiki olaraq diktatura qurulub
Azərbaycan Prezidenti: Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik
Azərbaycan Prezidenti: Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır
Prezident İlham Əliyev: Ermənistanın məqsədi işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır
Azərbaycan Prezidenti: Biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq
Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
Prezident İlham Əliyev: Pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşlarımızın həyatı və sağlamlığı bizim üçün prioritet təşkil edir
Prezident İlham Əliyev: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var
Prezident İlham Əliyev: Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir
Azərbaycan Prezidenti: Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir
Prezident İlham Əliyev: Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib (FOTO)
Bakıda restoranda yanğın olub
Pakistanlı ekspert: Ermənistan İslamafobiyanın dövlət siyasəti olduğu bir ölkədir
Bütün xəbərlər