Bakı. Trend:
8 ayda sosial təminat növləri üzrə ötən ilin eyni dövrünə nisbətən 782,7 mln. manat çox olmaqla 3,8 mlrd. manatdan artıq vəsait ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-avqust aylarında ümumilikdə 2 milyon 600 minə yaxın şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.
Həmin sosial təminat növləri üzrə əhaliyə yanvar-avqust aylarında 3,8 mlrd. manatdan çox vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 25,7% və ya 782,7 mln. manat çoxdur.