...

Gələn il koronavirusla mübarizəyə büdcədən 600 milyon manatın ayrılması nəzərdə tutulur

İqtisadiyyat Materials 3 Sentyabr 2020 11:06 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

Həmçinin, COVID19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti