...

“AzerGold” QSC Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

İqtisadiyyat Materials 7 Oktyabr 2020 11:37 (UTC +04:00)
“AzerGold” QSC Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğradaraq layiqli zəfər qazanmaqda davam edən ordumuza dəstək olub.

Cəmiyyətin əməkdaşları bir aylıq vəzifə maaşı məbləğində vəsaiti könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.

Bununla yanaşı, ötən həftə Cəmiyyət tərəfindən Silahlı Qüvvələrə təlabata uyğun zəruri əşyalardan ibarət bir neçə yük maşını da cəbhənin müxtəlif istiqamətlərinə yola salınıb. Cəmiyyət bu yöndə lazım olan fəaliyyətləri davam etdirəcək.

“AzerGold” QSC Vətənin bütövlüyü uğrunda vuruşan əsgərlərimizin bu şanlı döyüşdən qalib ayrılacağına və tezliklə üçrəngli Azərbaycan bayrağının işğal altındakı torpaqlarda dalğalanacağına əminliyini ifadə edir.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti