...

Azərbaycan neftinin qiyməti dəyişib

İqtisadiyyat Materials 1 Dekabr 2020 13:30 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti dəyişib

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 30-da 48,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 47,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 49,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,19 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 46,39 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti