...

Türkiyədən Azərbaycana xalça idxalı azalıb

İqtisadiyyat Materials 6 Dekabr 2020 09:23 (UTC +04:00)
Türkiyədən Azərbaycana xalça idxalı azalıb

Bakı. Trend:

2020-ci ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana xalça ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 35,7 faiz azalaraq 4,466 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edib ki, 2020-ci ilin noyabr ayında Türkiyədən Azərbaycana xalça ixracı 2019-cu ilin noyabrına nisbətən 28,8 faiz azalaraq 713 min dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında Türkiyədən dünya bazarlarına xalça ixracı 2,315 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artıb.

Türkiyədən xalça ixracı yanvar-iyun aylarında ölkənin ümumi ixracının 1,5 faizini təşkil edib.

Son 12 ayda (noyabr 2019 - noyabr 2020) Türkiyə 2,541 milyard dollar məbləğində xalça ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti