...

"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin iş saatları dəyişdi

İqtisadiyyat Materials 14 Dekabr 2020 12:03 (UTC +04:00)
"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin iş saatları dəyişdi

Bakı. Ceyhun Ələkbərov - Trend:

"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin iş saatlarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, müvafiq dəyişikliyə əsasən 14 dekabr tarixindən 30 dekabr tarixinədək Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" və "ASAN Kommunal", həmçinin Sumqayıt və Gəncə regional "ASAN xidmət" mərkəzləri saat 18.00-dək, digər regional mərkəzlər isə 17:00-dək fəaliyyət göstərəcək.

Həmçinin xatırladaq ki, koronavirusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 12-13, 19-20, 26-27 dekabr tarixlərində bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 18 yanvar 2021-ci il saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti