...

“AzerGold” QSC-nin Nizamnaməsində dəyişiklik edilib

İqtisadiyyat Materials 15 Dekabr 2020 18:17 (UTC +04:00)
“AzerGold” QSC-nin Nizamnaməsində dəyişiklik edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Nazirlər Kabineti 496 № li Qərarına dair izah verib.

Kabinetdən Trend-ə bildirilib ki, Qərarda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən uyğunlaşdırılmalar öz əksini tapıb.

Belə ki, Azərbaycan Respublikası Prezidentin Sərəncamına əsasən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi və s. işlərlə yanaşı qara metal filizi yataqları ilə bağlı işləri də yerinə yetirir.

Bu vaxtadək Cəmiyyət yalnız əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirirdi.

Qeyd olunanlara əsasən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin məqsədləri və fəaliyyət istiqamətləri hissəsində dəyişiklik edilməsi zərurəti yaranmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti