...

Azərbaycanda yeni iqtsadi yönümlü xəbər portalı açılıb

İqtisadiyyat Materials 24 Dekabr 2020 11:19 (UTC +04:00)
Azərbaycanda yeni iqtsadi yönümlü xəbər portalı açılıb

Bakı. Trend:

Karvannews.com adlanan portal həm Azərbaycanda, həm də dünyada iqtisadi, şərtlərlə tanış olmaq istəyənlər üçün iş dünyasına bələdçidir. Saytın əsas məqsədi yeni imkanlar və MDB ölkələrindəki iş adamlarının qarşılıqlı faydalı əməkdaşlığı barədə məlumatların işıqlandırılmasına yönəldilmişdir.

Karvannews ölkədəki, regional və beynəlxalq miqyasda baş verən hadisələr haqqında operativ məlumatlar, xəbərlər toplusudur. Saytda iş dünyasından ən yeni, aktual xəbərlər, proqnozlar, qanunvericilikdəki yeniliklər, sahibkarlığa dəstək tədbirləri, analitik məqalələr, investisiya layihələri və daha çox şey yer alır. Bundan başqa, qaynar hadisələr, foto və video hesabatlar, maraqlı reportajlar da saytda işıqlanacaq.

Azərbaycan Respublikası tarixinin ən vacib məqamlarından biri Qarabağın azad edilməsidir. Qarabağ ölkənin iqtisadi sektorunda ayrı bir yer tutur. Bunlar sənayenin və kənd təsərrüfatının yanında turizmin də daxil olduğu istehsal sahələridir.

Turizmin bir çox növünün - ekoloji, dağ, qış, ovçuluq, sağlamlıq sahələrinin inkişafı üçün bütün imkanlar mövcuddur. Bu səbəbdən sahibkarlar turizmə investisiya qoymaqda yeni üstünlüklərə sahib olacaqlar. Oxucularımızı yeni perspektivli iş layihələri ilə tanış edirik. Təklif və istəklərinizi gözləyirik.

Xəbər lenti

Xəbər lenti