...

Türkiyədən BTQ dəmir yolu ilə Rusiyaya ilk ixrac qatarı yola salınıb

İqtisadiyyat Materials 29 Yanvar 2021 13:22 (UTC +04:00)
Türkiyədən BTQ dəmir yolu ilə Rusiyaya ilk ixrac qatarı yola salınıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsində üçtərəfli əməkdaşlıq formatında daha bir layihəyə start verilib. Bu dəfə Türkiyədən Rusiyaya ixrac yüklərindən ibarət konteyner qatarı yola salınıb.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Container" MMC-dən bildiriblər. Qeyd olunub ki, 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən Rusiyanın Vorsino stansiyasına istiqamət götürüb. Qatarın ümumilikdə 4 min 650 kilometrlik polad magistralı 8 günə qət edəcəyi gözlənilir.

40 futluq konteynerlərdən ibarət olan qatarın yükü, əsasən, Türkiyə istehsalı olan məişət əşyalarıdır. Yükün ümumi çəkisi isə 150 tondur.

Qatar Bakı-Tbilisi- Qars dəmir yolu və "Şimal-Cənub" Nəqliyyat Dəhlizi vasitəsilə, Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçərək Rusiya ərazisinə daxil olacaq.

Daşımanın operatorları Pasifik Eurasia Logistics (Türkiyə), GR Logistics (Gürcüstan), ADY Konteyner (Azərbaycan) və Rusiyanın JSC “Russian Railways Logistics” şirkətləridir.

Qeyd edək ki, ötən ilin sonunda Türkiyədən Çinin Sian şəhərinə 2 ixrac qatarı çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti