...

Azərbaycanın iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri hazırlanacaq - SƏRƏNCAM

İqtisadiyyat Materials 29 Yanvar 2021 20:02 (UTC +04:00)
Azərbaycanın iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri hazırlanacaq - SƏRƏNCAM

Bakı. Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncam verib.

Trend-in məlumatına görə, sərəncam “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, o cümlədən Azərbaycan Respublikasının 2022-ci il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot (“təhsil”, “kənd təsərrüfatı” və “ətraf mühitin mühafizəsi”) bölmələrini əhatə edən ortamüddətli xərclər çərçivəsi (OMXÇ) sənədinin layihəsinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi məqsədilə imzalanıb.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq Maliyyə Nazirliyi ölkənin növbəti il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrini əhatə edən OMXÇ sənədinin layihəsini, növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansının layihəsini 2021-ci il sentyabrın 15-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti