...

Yararsız torpaq sahələri dövriyyəyə cəlb ediləcək

İqtisadiyyat Materials 2 Fevral 2021 15:32 (UTC +04:00)
Yararsız torpaq sahələri dövriyyəyə cəlb ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməlidir.

Trend-in məlumatına görə, bu barədə məsələ Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də əksini tapıb.

Sənəddə qeyd edilir ki, ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır.

Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılmalıdır.

İqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti