...

Azərbaycanda inflyasiya nəzərdə tutulduğundan aşağı olub

İqtisadiyyat Materials 18 Fevral 2021 17:10 (UTC +04:00)
Azərbaycanda inflyasiya nəzərdə tutulduğundan aşağı olub

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ildə Azərbaycanda inflyasiya elan edilmiş illik hədəf diapazonunun (4±2%) mərkəzindən aşağı olub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına deyilir.

Məlumatda qeyd olunur ki, DSK-nın məlumatlarına əsasən, 2020-ci ildə 12 aylıq inflyasiya 2.6% (2020-ci ilin dekabr ayı 2019-cu ilin dekabr ayına nəzərən) təşkil edib ki, bu da Mərkəzi Bankın elan etdiyi hədəf (4±2%) dəhlizinin mərkəzindən aşağıdır.

İstehlak səbətində əhəmiyyətli çəkiyə malik ərzaq məhsulları üzrə qiymət indeksinin artımı son 12 ayda 4.5% təşkil etmişdir. İnflyasiyanın digər komponentləri olan qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templəri isə (müvafiq olaraq 1.2% və 1.1%) hədəf diapazonunun mərkəzindən əhəmiyyətli aşağıda qalır. Qeyri-ərzaq malları üzrə inflyasiyanın aşağı səviyyəsi başlıca olaraq pandemiya dövründə tələbin azalması ilə izah edilir.

İllik inflyasiyanın dəyişiminə 1.9 faiz bəndi ərzaq, 0.3 faiz bəndi qeyriərzaq, 0.4 faiz bəndi isə xidmətlərin qiymət dəyişimi töhvə verib. Qiymət artımı qida məhsulları üzrə 4.1%, spirtli içkilər üzrə 4% və tütün məmulatları üzrə 18.5% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti