...

Azərbaycanda kompüter istehsalı azalıb

İqtisadiyyat Materials 20 Fevral 2021 22:53 (UTC +04:00)
Azərbaycanda kompüter istehsalı azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı azalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu il yanvar ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 11,8 milyon manatlıq məhsul istehsal olunmuş, əvvəlki ilin yanvar ayı ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 53,4 faiz azalıb.

Elektrik avadanlıqların istehsalı isə 96,3 faiz artmışdır. Dövr ərzində əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 24,4 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqilləri isə 59,1 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti