...

Gəncə qatarı Bakı-Sumqayıt xəttinə əlavə edilib

İqtisadiyyat Materials 17 May 2021 11:49 (UTC +04:00)
Gəncə qatarı Bakı-Sumqayıt xəttinə əlavə edilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı-Sumqayıt dəmir yolu xəttində baş verən sıxlığın aradan qaldırılması üçün tədbirlərə başlanılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə bağlı Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırıldığından həmin marşrut üzrə işləyən qatarlar Bakı-Pirşağı -Sumqayıt xəttinə yönəldilmişdi.

Mayın 16-dan Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət bərpa edildiyindən həmin qatarların əvvəlki marşrut üzrə gediş-gəlişi təmin edilib. Bu da Abşeron dairəvi dəmir yolu xəttinin hər iki istiqamətində sərnişin sıxlığı ilə müşahidə olunub. Sıxlığın aradan qaldırılması üçün tədbirlərə başlanılıb, bu məqsədlə pandemiya şəraiti ilə əlaqədar ölkədaxili sərnişin daşımalarının dayandırıldığı nəzərə alınaraq, Bakı-Gəncə qatarı müvəqqəti olaraq mayın 18-dən Abşeron Dairəvi Dəmir yolu istiqamətində sərnişinlərə xidmət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti