...

Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək

İqtisadiyyat Materials 18 May 2021 21:41 (UTC +04:00)
Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək

Bakı. Sədrəddin Ağcayev - Trend:

Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı xarici KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan "Orta Dəhliz" layihəsi çərçivəsində Asiya ilə Avropa arasında marşrutların genişləndirilməsi üçün yeni imkanlar yaradıb.

V.Qasımlı qeyd edib ki, Azərbaycan "Orta Dəhliz" layihəsi üzrə tərəfdaşları ilə birgə şərq və qərb istiqamətlərində dəmiryol yükdaşımaları sahəsində əməkdaşlıq qura bilər:

"Bakı artıq Naxçıvana gedən dəmir yolunun Azərbaycan hissəsinin tikintisinə başlayıb. Beləliklə, Zəngilan rayonu regional nəqliyyat qovşağına çevriləcək. Bununla əlaqədar beynəlxalq hava limanının və avtomobil yollarının tikintisi planlaşdırılır".

O əlavə edib ki, Türkiyə və İran da regionda əlaqələrin bərpa olunmasında maraqlıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti