...

Dəmir yolu ilə yükdaşımalar artıb

İqtisadiyyat Materials 18 May 2021 13:16 (UTC +04:00)
Dəmir yolu ilə yükdaşımalar artıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu ilin 4 ayında dəmir yolu ilə yükdaşımaları ötən ilin müvafiq dövrünə nisbətən artıb.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova deyib.

O bildirib ki, koronavirus pandemiyası Azərbaycanda dəmir yolu ilə yükdaşımalara mənfi təsir göstərməyib:

"Hazırda xarici ölkələrdən yeni yüklərin cəlb edilməsi istiqamətində danışıqlar aparılır. Həmçinin Azərbaycandan keçən dəmir yolu dəhlizlərinə yeni ölkələrin cəlb edilməsi üçün də əməkdaşlıq əlaqələri qurulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti