...

Çexiya Azərbaycanın azad edilmiş bölgələrinə investisiyalar yatırmaq üçün yeni layihələr hazırlayır - Səfir

İqtisadiyyat Materials 24 İyun 2021 23:58 (UTC +04:00)
Çexiya Azərbaycanın azad edilmiş bölgələrinə investisiyalar yatırmaq üçün yeni layihələr hazırlayır - Səfir

Bakı. Trend:

Çexiya Azərbaycanın azad olunan bölgələrinin nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırmaq məqsədi ilə bir sıra yeni layihələr hazırlayır.

Bu barədə Trend-ə Çexiyanın Bakıdakı səfiri Milan Ekter bildirib.

Onun sözlərinə görə, Çexiya Azərbaycanla enerji, o cümlədən bərpa olunan enerji mənbələri (RES) sahəsində əməkdaşlıqda maraqlıdır.

Diplomat səfirliyin bu istiqamətlə əlaqədar çexiyalı nanotexnologiya mütəxəssisləri və ticarət-biznes təşviqat təşkilatları ilə videokonfranslar keçirdiyini bildirib.

Ekterin sözlərinə görə, bu, koronavirus pandemiyasından sonra Azərbaycanla əlaqələrin inkişafına aparan ilk addımdır.

O xatırladıb ki, daha əvvəl Azərbaycan ilə Çexiya arasında böyük layihələr həyata keçirilib. Xüsusilə, Bakı hava limanına gedən yolda Çexiya istehsalı olan məlumat lövhəsi quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti