...

Azərbaycanın aqrar sığorta modeli digər ölkələrdə də tətbiq oluna bilər - Sədr

İqtisadiyyat Materials 9 İyul 2021 11:51 (UTC +04:00)
Azərbaycanın aqrar sığorta modeli digər ölkələrdə də tətbiq oluna bilər - Sədr

Bakı. Trend:

Azərbaycanda tətbiq edilən aqrar sığorta modelinə başqa ölkələr də maraq göstərir və bu təcrübədən yararlanmaq istəyirlər.

Trend-in məlumatına görə, bunu Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

O bildirib ki, bununla bağlı iki ölkə Azərbaycana müraciət edib: “Artıq bizim ölkədə tətbiq edilən aqrar-sığorta modeli digər qonşu ölkələrdə də maraq doğurur. Belə ki, artıq Qazaxıstanda, Özbəkistanda bu modellərin tədqiq edilməsinə dair müraciətlər edilir.

Bildiyiniz kimi, Azərbaycanda bu sistem Türkiyənin TARSİM modelinin üzərində və bu təşkilatın dəstəyi ilə qurulub. Bu, dünyada kifayət qədər məşhur və uğurlu bir modellərdəndir, hansı ki, dövlət-özəl əməkdaşlığı prinsipləri üzərində formalaşdırılıb. Uğurlu təcrübəsinə görə, ona başqa ökələrin də marağı böyükdür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti