...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 14 Avqust 2021 10:13 (UTC +04:00)

Bakı. Zeyni Cəfərov - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 13-də 71,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,11 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,58 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır.

Twitter: @jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti