...

Kəşfiyyat qazması üzrə plana 100 faiz əməl edilib - SOCAR

İqtisadiyyat Materials 23 Avqust 2021 15:57 (UTC +04:00)
Kəşfiyyat qazması üzrə plana 100 faiz əməl edilib - SOCAR

Bakı. Trend:

2020-ci il ərzində SOCAR-da qazma təşkilatları tərəfindən 55 906 m qazma işi görülmüş, ümumi plan 98,5% yerinə yetirilib. İstismar qazması üzrə plana 98,5%, kəşfiyyat qazması üzrə isə 100% əməl edilib.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın Dayanıqlı İnkişaf hesabatında deyilir.

Hesabata görə, 2020-ci ildə SOCAR təsdiq olunmuş proqramlara uyğun olaraq uzunmüddətli proqnoz öhdəliklərini yerinə yetirməklə strateji hədəflərindən biri olan neft-qaz hasilatı sahəsi üzrə fəaliyyətini genişləndirib.

SOCAR ölkə hüdudlarında və eləcə də Xəzər dənizinin Azərbaycana aid olan hissəsində hesabat ilində proqnozu 201,5 min ton çox və ya 102,8% yerinə yetirilməklə, ümumilikdə 7 407,3 min ton neft (kondensatla birgə) hasil etmişdir ki, bunun 6 109,9 min tonu “Azneft” İB-nin, 1 297,4 min tonu isə şirkətin payçı olduğu yataqların payına düşür.

Hesabat ili ərzində quru və dəniz sahələrində ümumilikdə 50 yeni hasilat quyusu, fəaliyyətsiz quyu fondundan isə 49 quyu istismara təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti