...

Azərbaycan xarici şirkətlərin Qarabağda fəaliyyəti üçün zəruri şəraiti yaratmağa hazırdır - Nazir

İqtisadiyyat Materials 10 Sentyabr 2021 14:08 (UTC +04:00)
Azərbaycan xarici şirkətlərin Qarabağda fəaliyyəti üçün zəruri şəraiti yaratmağa hazırdır - Nazir

Bakı. Mikayıl Cabbarov - Trend:

Azərbaycan xarici şirkətlərin azad edilmiş ərazilərdə işi üçün zəruri şəraiti yaratmağa hazırdır.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasının yekunu ilə bağlı brifinq zamanı deyib.

O bildirib ki, Qarabağın azad edilməsi türkdilli ölkələrin şirkətləri ilə əməkdaşlıq üçün yeni imkanlar yaradıb: "Azərbaycan tərəfi orada xarici şirkətlərin işi və investisiyaların cəlb olunması üçün zəruri şərait yaratmağa hazırdır".

Qeyd edək ki, Bakıda keçirilmiş Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Baqdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti