...

Sahibkarlar üçün layihələrlə bağlı müraciət asanlaşıb

İqtisadiyyat Materials 13 Sentyabr 2021 15:42 (UTC +04:00)
Sahibkarlar üçün layihələrlə bağlı müraciət asanlaşıb

Bakı. Trend:

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sahibkarlar üçün layihələrlə bağlı müraciət prosedurunu daha da asanlaşdırıb.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, AİŞ-in rəsmi internet səhifəsində sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib.

Sahibkar yeni bölməyə daxil olaraq layihəyə dair əsas sualları cavablandıra, eləcə də biznes planı elektron müraciət forması vasitəsi ilə sürətli şəkildə yükləyə bilər. Qeyd olunan məlumatlar AİŞ tərəfindən dəyərləndirilir və növbəti mərhələdə sahibkarla əlaqə saxlanılır.

Fəaliyyətində innovativ üsulların tətbiqini, yerli və xarici investorlar, habelə sahibkarlarla əlaqələrin davamlı inkişafını prioritetlərdən hesab edən AİŞ gələcəkdə də bu sahədə təkmilləşdirmə işlərini davam etdirməyi hədəfləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti