...

Daha bir ölkə Azərbaycanla uçuşları bərpa edəcək

İqtisadiyyat Materials 21 Sentyabr 2021 12:16 (UTC +04:00)
Daha bir ölkə Azərbaycanla uçuşları bərpa edəcək

Bakı. Trend:

Qazaxıstan Azərbaycanla aviaəlaqəni bərpa edəcək.

Trend bu barədə Qazaxıstan hökumətinə istinadən məlumat verir.

Qeyd olunur ki, hökumətin iclasında 16 ölkə ilə aviaəlaqənin bərpası və genişləndirilməsi barədə qərar qəbul edilib.

Bu siyahıda Azərbaycan, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Almaniya, Maldiv adaları, Cənubi Koreya, Polşa, Macarıstan, İtaliya, Çexiya, Şri-Lanka, Çin, Səudiyyə Ərəbistanı, Küveyt yer alıb.

Eyni zamanda Qazaxıstan hökuməti 30 ölkənin vətəndaşları üçün vizasız rejimin bərpası barədə qərar qəbul edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti