Bakı. Humay Ağacanova - Trend:
İşsiz vətəndaşların məşğulluq proqramı çərçivəsində işlə təmin olunması prosesi 6-9 ay müddətində baş verir. Keçən illə müqayisədə cari ildə bu müddət azalıb.
Trend-in məlumatına görə, bunu "Sosial saat" adlı proqramda çıxışı zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
O qeyd edib ki, vətəndaş işsiz kimi qeydiyyata alındıqdan sonra onun məşğulluq qiymətləndirilməsi həyata keçirilir və fərdi məşğulluq proqramı tərtib olunur:
“Fərdi məşğulluq proqramı dövlət tərəfindən vətəndaşın məşğulluğunun təmin olunması istiqamətində yol xəritəsidir. Bu xəritə çərçivəsində vətəndaşa 23 istiqamətdən biri və ya bir neçəsi tətbiq olunur. Onlardan biri də özünüməşğulluqdur.
Qiymətləndirmə nəticəsində fərdi proqram tərtib olunarkən proqrama özünüməşğulluq qeyd edilibsə, onun özünüməşğulluq istiqamətinə uyğunluğu müəyyən edilir və həmin andan proses başlanılır.”