...

Gələn ildən Azərbaycan banklarının taksit kartları Türkiyədə də keçərli ola bilər

İqtisadiyyat Materials 2 Noyabr 2021 14:38 (UTC +04:00)
Gələn ildən Azərbaycan banklarının taksit kartları Türkiyədə də keçərli ola bilər

Bakı. Sədrəddin Ağcayev - Trend:

2022-ci ilin ortalarından etibarən Türkiyədə Azərbaycan banklarının taksit kartlarının keçərli olacağı gözlənilir.

"Biz Azərbaycan banklarına məxsus taksit kartlarının Türkiyədə də keçərli olması üçün işlərimizi davam etdirirk".

Trend-in məlumatına görə, bunu "MasterCard"ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar "Gələcək indidir" adlı onlayn konfrans zamanı deyib.

O bildirib ki, MasterCard artıq bu məsələ ilə bağlı Türkiyə Mərkəzi Bankına müraciət edib:

“Biz istəyirik ki, Türkiyə saytlarında alış-veriş edən və ya bu ölkədəki restoranlarda ödəniş edən azərbaycanlılar bunun üçün Azərbaycan banklarının taksit kartlarından istifadə edə bilsinlər”.

Twitter: agdzhaev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti