...

Qarabağdan dünyanın istənilən ölkəsinə heyvan və bitki məhsullarının ixracı mümkün olacaq - Sədr

İqtisadiyyat Materials 22 Noyabr 2021 15:55 (UTC +04:00)
Qarabağdan dünyanın istənilən ölkəsinə heyvan və bitki məhsullarının ixracı mümkün olacaq - Sədr

Bakı. Çingiz Səfərli - Trend:

İşğaldan azad olunmuş ərazilərdə həm bitki, həm də heyvan xəstəliklərindən azad zonaların yaradılması gündəmdədir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözləərinə görə, görülən işlər ixrac potensialını artırmağa imkan verəcək.

"Zonalar yaradıldıqdan sonra artıq beynəlxalq qeydiyyata da düşəcək və həmin ərazilərdən dünyanın istənilən ölkəsinə həm heyvan, həm də bitki mənşəli məhsullarının ixracı mümkün olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti