Nobel Oil əsaslı rebrendinq elan edir

Nobel Oil əsaslı rebrendinq elan edir

Bakı. Trend:

Bu gün müxtəlif sektorlarda fəaliyyət göstərən Nobel Oil Services şirkətlər qrupu yeni korporativ baxışını və strategiyasını əks etdirən geniş rebrendinq kampaniyasını – şirkətin adının Nobel Energy-yə dəyişdirilməsi və korporativ loqonun yenilənməsi – tamamladığını elan edib.

Yeni strategiyaya uyğun olaraq, Nobel Energy neft-qaz xidmətləri şirkətindən inteqrasiya olunmuş enerji hasilatı, işlənməsi və xidmətləri şirkətinə çevriləcək. Şirkət öz müştəriləri üçün çevik, səmərəli və daha da əhəmiyyətlisi dayanıqlı həll yolları təqdim etməyi hədəf götürəcək.

Bu dəyişiklik ikili vəzifənin (daha əlçatan və etibarlı enerji təmin edilməsi və bununla yanaşı ətraf mühitə təsirlərin azaldılması) öhdəsindən gəlmək üçün böyük enerji şirkətlərinin həyata keçirdiyi transformasiya – “xalis sıfır” emissiyalı şirkətə çevrilmək və davamlı inkişafı təmin etmək – səylərinə əsaslanır.

Nobel Energy şirkətinin baş icraçı direktoru Vüqar Səmədli deyib: “Biz şirkətlərin bu ambisiyalarını həyata keçirmələrinə kömək etmək, habelə həllərin bir hissəsi olmaq istəyirik və buna görə də, biz də dəyişirik. İnsanlara, təhlükəsizliyə və resursların davamlılığına daha çox diqqət yetirməklə biz dünyamızın dəyişən ehtiyaclarını ödəmək üçün hərəkətverici qüvvə olmaq istəyirik. Bu, çətin bir yoldur, lakin müştərilərimizin və dünyanın təhlükəsiz, səmərəli və dayanıqlı nəticələr əldə etməsinə kömək etmək üçün düzgün komponentlərə – uzaqgörən yanaşmaya, düzgün təcrübəyə, inteqrasiya olunmuş həll yollarına – sahibik.”

Cənab Səmədli sözlərinə əlavə edərək qeyd edib: “Bu rebrendinq və davamlı inkişafa daha diqqətli yanaşmamız, Səhmdarımız tərəfindən qoyulmuş strateji hədəflərin bir hissəsi kimi Nobel Energy-nin böyük enerji probleminin həllində fəal rol oynamaq ambisiyasını bariz şəkildə nümayiş etdirir.”

Transformasiya prosesi çərçivəsində, Nobel Energy öz strategiyasını və strukturunu qabaqcıl texnologiyaların təqdim etdiyi imkanlardan istifadə etmək üçün uyğunlaşdıracaq.

Nobel Energy bütün maraqlı tərəfləri üçün çevik və dayanıqlı nəticələr təqdim etmək məqsədilə birlikdə innovasiyaları stimullaşdırmağa, inkişafı təşviq etməyə və sahib olmadığımız bacarıqları təmin etməyə yardım ola biləcək texnologiya şirkətləri ilə tərəfdaşlıq etməyə çalışacaq.

SOCAR şirkətinin neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Daşqın İskəndərov deyib: “SOCAR-ın əsas təchizatçısı və tərəfdaşı olan Nobel Energy şirkətini əsaslı rebrendinqi – yeni adı və loqosu münasibətilə SOCAR rəhbərliyi və şəxsən öz adımdan təbrik edirəm.”

“Bu gün dünyada enerji sahəsində gedən dəyişiklikləri Nobel Energry şirkəti çevik dərk edərək, transformasiya edir. Düşünürəm ki, şirkət yeni enerji layihələrində, o cümlədən bərpa olunan enerji layihələrində yaxından iştirak etməklə bu sahənin inkişaf etdirilməsinə də dəyərli töhfələr verəcək.

Nobel Energy ilə uzun müddətdir əməkdaşlıq etdiyimizə görə onun bacarıq və səriştəsinə bələdəm. Odur ki, şirkətin üzərinə götürdüyü bu məsuliyyətli missiyanı yerinə yetirəcəyinə inanıram. Ölkəmizdə, Xəzər regionunda və dünyada yeni texnologiyaların, innovativ fikirlərin inkişaf etdirilməsi kimi mühüm bir missiyada tərəfdaş şirkətə müvəffəqiyətlər arzu edirəm. Əminəm ki, Nobel Energy bunun öhdəsindən uğurla gələcək.”

bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bugünkü hadisənin əhəmiyyəti sadəcə geniş biznes fəaliyyətinə və beynəlxalq təcrübəyə malik bir Azərbaycan şirkətinin rebrendinqi və yaxud yeni korporativ baxışının elan olunması deyil. Bu, ölkənin neft qaz, enerji sektoru üçün əlamətdar bir hadisədir, çünki ilk dəfədir ki, bir yerli şirkət dünyada baş verən transformasiyalara uyğun dəyişmək istəyini elan edir və bu istəyi həyata keçirmək üçün bir yol xəritəsi ortaya qoyur, bu məsuliyyəti üzərinə götürür.”

Cənab Aslanbəyli davam edib: “Öz transformasiya addımını bir neçə il bundan əvvəl atmış və il yarım əvvəl strategiyasında əhəmiyyətli dəyişiklik etmiş bir şirkətin nümayəndəsi olaraq öz təcrübəmizdən deyə bilərəm ki, bu yol asan yol deyil. Çox şadıq ki, bizim uzun müddətdir əməkdaşlıq etdiyimiz Nobel Energy şirkəti də artıq bu istiqamətdə addımlar atmağı qərarlaşdırıb. Bu istiqamətdə fəaliyyətlərin əlaqələndirilməsi, sinerjinin yaradılması, təbii ki, ölkəmizdə enerji keçidini dəstəkləyən layihələrin həyata keçirilməsi üçün çox gözəl zəmin yaradır. Bu isə təkcə Nobel Energy üçün deyil, bütövlükdə ölkəmizin enerji sektoru üçün xüsusi əhəmiyyətə malikdir. bp şirkəti adından Nobel Energy-nin bütün kollektivini təbrik edirəm və bu məsuliyyətli və çətin işdə onlara uğurlar diləyirəm.”

Rebrendinq prosesi şirkətin korporativ stilinin, o cümlədən loqo və şüarının tamamilə yenilənməsini əhatə edir.

Nobel Energy-nin yeni loqosu enerji sektorunda davamlı inkişaf (bənövşəyi rəng ilə göstərilib) vasitəsilə karbohidrogenlərdən (narıncı rəng) daha təmiz enerjiyə (mavi rəng) keçidi təcəssüm etdirir. Hədəf bərpa olunan enerji mənbələridir (yaşıl rəng) ki, bu da innovasiyalarla (tünd göy rəngdə göstərilib) dəstəklənir.

Şirkətin yeni şüarı – Çünki sizi düşünürük – Nobel ailəsinin irsini əks etdirir ki, bu da onların insanlara qayğısına, insanların təhlükəsizliyinə və rifahına, innovativ həllər vasitəsilə davamlı inkişafın təmin edilməsinə söykənir. Bu şüar, şirkətin həm biznesə, həm də ekoloji dayanıqlığa olan münasibətini təcəssüm edir.

Redaktorlar üçün qeydlər

Ötən 16 il ərzində Nobel Energy Qrupunun (NEQSOL Holding-in bir hissəsi) inteqrasiya edilmiş xidmətləri təchiz edən biznes modeli, layihələrin əvvəlindən sonunadək lazım olan bütün xidmətləri optimallaşdırmağı və müştərilərə effektiv və səmərəli həll yolları təhvil verməyi təmin edib. Şirkəti daha da gücləndirəcəyinə inandığımız bu transformasiya prosesi ilə Nobel Energy bütün maraqlı tərəflər üçün təhlükəsiz, çevik və səmərəli həllər təmin etməyə davam edəcək.

Qrupun geniş portfelinə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır: layihə və tikintinin idarə edilməsi; polad konstruksiyaların hazırlanması və quraşdırılması, dəniz qurğularının modernləşdirilməsi; yüksək təzyiqli axın xətləri, tutumlar, çənlər və əlaqədar qurğular da daxil olmaqla boru xətti sistemləri; yataq əməliyyatları və avadanlığın texniki xidməti; inteqrasiya edilmiş qazma və quyu xidmətləri; inteqrasiya edilmiş təchizat zəncirinin idarə olunması.

Daha ətraflı məlumat üçün vebsaytımıza daxil olun: nobelenergy.com

Azərbaycan və İran arasında razılaşma əldə olunub (FOTO)
Azərbaycan və İran arasında razılaşma əldə olunub (FOTO)
İran Türkiyəyə qaz tədarükünü bərpa edib
İran Türkiyəyə qaz tədarükünü bərpa edib
SOCAR Avropaya nəql olunan qazın həcmini açıqladı
SOCAR Avropaya nəql olunan qazın həcmini açıqladı
Loading Bars
Xəbər lenti
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
Bərdədə 32 yaşlı kişi güllələnib
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Qeyri-neft sektorunda rekord göstəricilər - Azərbaycanın iqtisadi strategiyasının uğurunun sirri nədir?
Əfqanıstanda partlayış olub, ölənlər var
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib
Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib (FOTO)
Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Ötən il Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 614 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Bakıda 2 narkotacir və 4 narkokuryer saxlanılıb (VİDEO)
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Pakistan sahillərində iki qayıq toqquşub, 30-dan çox itkin var
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdi
Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)
Bakıda polisin üstünə avtomobil sürərək qaçmaq istəyən narkotacir saxlanıldı (FOTO/VİDEO)
İranda daha 30 nəfər koronavirusdan ölüb
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Son bir ildə 114 uşaq övladlığa verilib
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib
Nərimanovda bina yanır (VİDEO)
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir
Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu
Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı Birgə Texniki Komissiyanın növbəti iclası keçirilib
Bakı şəhər prokurorluğunun 14 əməkdaşı cəzalandırılıb
Ötən il Bakıda 6500-ə yaxın cinayət işinin istintaqı tamamlanıb
Bakıda ölümlə nəticələnən yol qəzaları artıb
Ötən il Bakıda 12 min 761 cinayət hadisəsi baş verib - İlqar Abbasov
S&P Azərbaycanda 2025-ci ilədək inflyasiya proqnozlarını açıqlayıb
S&P manatın dollara mövcud nisbətdə bağlılığını təsdiq edib
Bazar günü hava necə olacaq?
Yeni hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib etdi
“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub
S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb
Hindistanda yaşayış binasında yanğın, 10-a yaxın ölü var
Hazırda "omikron" dünyada qriplə bərabər yayılır
S&P agentliyi Azərbaycanın kredit reytinqini BB+/B səviyyəsində təsdiq edib
Samur-Abşeron kanalında tank və top mərmiləri aşkarlanıb (FOTO/VİDEO)
S&P Azərbaycan və Türkiyə Mərkəzi bankları arasında mümkün svop sazişini şərh edib
Ötən gün evini tərk edən 11 koronavirus xəstəsi küçədə yaxalanıb
Toyda karantin qaydalarını pozan şəxs həbs edildi
Ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının daha da genişləndirilməsinə nail olmalıyıq - Vüqar Rəhimzadə
Ötən gün 23 yanğına çıxış olub, 10 nəfər xilas edilib
Krasnodar hava limanı bağlanıb
Azərbaycan və İran arasında razılaşma əldə olunub (FOTO)
Qarabağa avtobusla səfər edənlərin bileti belə olacaq (FOTO)
Azərbaycan futzalçıları bu gün Avropa çempionatında ilk matçına çıxır
Səhiyyə qurumları vətəndaşlara çağırış etdi
Azərbaycanda koronavirus xəstələrinin karantində qalma müddəti azaldılır
“Avrora" Qrup uşaq sığınacaqlarında məskunlaşan uşaqları sevindirib (FOTO)
Alyaskada güclü zəlzələ olub
Azərbaycan nefti ucuzlaşıb
Masallıda yataq xəstəsi evdə yanaraq ölüb
Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir - Agentlik
Bitkoinin qiyməti son beş ayda ən aşağı səviyyəyə düşüb
Braziliyada çatdırılmanı dronlara yerinə yetirməyə icazə verilib
İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
Hulusi Akar Suriya və İraqla sərhəddəki bölmələrə baxış keçirib
Almaniyada minimum əmək haqqının artırılması məşğulluğa təsir etməyəcək - nazir
Arnold Şvartsenegger Kaliforniyada ağır yol qəzası törədib (FOTO)
ABŞ-da məktəbdə şagird güllələnib
ÜST 12 yaşadək yeniyetmələrə azaldılmış dozada Pfizer peyvəndini tövsiyə edib
Meksikada oteldə atışma nəticəsində iki Kanada vətəndaşı öldürülüb
Ənənəvi Braziliya karnavalları koronavirus səbəbindən təxirə salınıb
Yaponiyada baş verən zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb
Gürcüstan Rusiya ilə hava əlaqəsinin bərpasını müzakirə etməyə hazır olduğunu bildirib
ABŞ-ın ən yaşlı sakini 115 yaşında vəfat edib
Belçikada koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılır
Dünyada koronavirusa yoluxanların sayı 340 milyonu ötüb
NATO Aralıq dənizində təlimlərə başlayır
Amerikanın Atlas V raketi Pentaqonun kəşfiyyat peyklərini orbitə çıxarıb
BMT-nin baş katibi dünyadakı vəziyyəti soyuq müharibə dövründəkindən daha təhlükəli adlandırıb
Elbrus Əliyev 2007-ci ildə təqaüdə çıxmıb, həmin vaxtdan etibarən prokurorluq orqanları ilə hər-hansı əlaqəsi olmayıb - Baş Prokurorluq
Ərəb koalisiyasının Yəmən həbsxanasına hava hücumu nəticəsində onlarla insan həlak olub
Serbiyalı nazir ölkə başçısına sui-qəsd hazırlandığını bildirib
İran Türkiyəyə qaz tədarükünü bərpa edib
Böyük Britaniyada koronavirusun omikron ştammının yeni alt növü aşkarlanıb
Fransa Prezidenti Kabinetinin müşaviri və Aİ-nin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb (ÖZƏL)
Yaponiyanın cənub-qərbində 6,6 bal gücündə zəlzələ baş verib
"Mercedes" mindən çox avtomobili geri çağırır
Bir qrup valideyn növbəti dəfə MDU-da imtahan prosesini müşahidə edib (FOTO)
Bakıda özünü məftillə ağaca bərkidib yandıran şəxslə bağlı araşdırma aparılır
Cəlilabad sakinlərindən qanunsuz odlu silahkar aşkarlanıb
Azad edilmiş ərazilərin bərpası üçün yaradılmış təsisatlara ödənilən vəsaitin əhatəsi genişləndirilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi yaz sessiyasında ilk iclasını keçirib (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzinə 20 adda dəyəri yüksək dərmanlar verilib
Azərbaycanda süni qiymət artımına qarşı mübarizə, antiinflyasiya tədbirləri - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Qəbələ sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Bütün xəbərlər