...

Türkiyə və Azərbaycan arasında yer elmləri və mədənçilik sahəsində Anlaşma Memorandumu imzalanacaq

İqtisadiyyat Materials 14 Dekabr 2021 12:10 (UTC +04:00)

Bakı. Trend:

Yaxın günlərdə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birgə Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.

Trend-in məlumatuna görə, bunu "AzerGold" səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Bakıda keçirilən "Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf prespektivləri" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, Memorandum yer elmləri və mədənçilik sahəsində elmi-texniki əməkdaşlığı, yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edəcək. Əminəm ki, birgə əməkdaşlıq hər iki ölkəınin dağ-mədən sənayesinin inkişafında öz əhəmiyyətli təsirini göstərmiş olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti