...

Bu ilin 11 ayında sosial sığorta daxilolmaları 9,7% artıb

İqtisadiyyat Materials 15 Dekabr 2021 17:48 (UTC +04:00)
Bu ilin 11 ayında sosial sığorta daxilolmaları 9,7% artıb

Bakı. Fərid Zöhrabov - Trend:

Ölkəmizdə aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri sosial sığorta daxilolmalarında da artım dinamikasının davam etməsinə şərait yaradıb.

Trend xəbər verir ki, 2021-ci ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığortası üzrə daxilolmalarda ötən ilin eyni dövrünə nisbətən 303,4 mln. manat və ya 9,7% artım qeydə alınıb.

Daxilolmalarda artım büdcə təşkilatları üzrə 2,7%, qeyri-büdcə təşkilatları üzrə 11,5% təşkil edib.

Məcburi dövlət sosial sığorta sistemində iştirak etmək işçinin əmək və sosial hüquqlarına, onun və ailə üzvlərinin gələcək sosial müdafiəsinə təminat yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti