Astara. Elnur Bağışov - Trend:
Bu gün İran və Azərbaycan arasında Astaraçay üzərində körpünün tikilməsi iki ölkə arasında, həmçinin Rusiyaya tranizitin artması ilə nəticələnəcək.
Trend xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Astaraçay üzərində yeni körpünün təməlqoyma mərasimində jurnalistlərə açıqlamasında deyib.
R.Qaseminin sözlərinə görə, bu körpü digər ölkələrə məhsulların daşınmasında həm Azərbaycan, həm də İran üçün təyinedici olacaq. Körpü iki ölkənin birgə vəsaiti ilə tikiləcək. 1 il ərzində həm körpü, həm də ətrafındakı yolların hazır olması nəzədə tutulur.