...

Xorvatiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya imkanları ilə bağlı danışıqlar aparır - Səfir (Müsahibə) (FOTO)

İqtisadiyyat Materials 28 Yanvar 2022 08:00 (UTC +04:00)
Xorvatiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya imkanları ilə bağlı danışıqlar aparır - Səfir (Müsahibə) (FOTO)

Bakı. Nərgiz Sadıxova - Trend:

Xorvatiya və Azərbaycan kənd təsərrüfatı və qida sənayesində əməkdaşlığın möhkəmlənməsi üçün əhəmiyyətli potensiala malikdir.

Bunu Trend-ə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç deyib.

Azərbaycanın və Xorvatiyada bu ölkənin Azərbaycanda ticarət evlərinin açılması perspektivlərini şərh edən səfir deyib ki, bu məsələ bir neçə il ərzində müzakirə olunsa da, nəticə əldə olunmayıb.

“Əvvəlcə biz adi ticarət şəbəkələri hər iki ölkənin bazarlarında yerli istehsal qida məhsulları və içkilərin həcmini artırmaqla başlamalıyıq. Azərbaycan bazarında Xorvatiya şirkətlərinin qida məhsullarının yalnız bir neçə növü mövcuddur. Xorvatiyada Azərbaycan məhsulları ilə bağlı analoji vəziyyətdir. Mən tezliklə bu məsələ ilə bağlı AZPROMO-da görüş keçirəcəyəm. Əlbəttə ki, Azərbaycanla Xorvatiyanın kənd təsərrüfatı və qida sənayesində əməkdaşlığın möhkəmlənməsi üçün istifadə olunmamış potensialı var”, - səfir deyib.

O qeyd edib ki, İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclası Bakıda keçiriləcək və vurğulayıb ki, komissiyanın ikinci iclası ötən ilin noyabrında keçirilib.

“Bu cür görüşlər adətən ildə iki-üç dəfə keçirilir. İndi məlumdur ki, növbəti görüş Bakıda keçiriləcək. Zaqrebdə keçirilmilş görüş çox məhsuldar oldu, tədbirdə hər iki tərəfdən müxtəlif dövlət orqanların və nazirliklərdən 30-dan çox yüksək vəzifəli nümayəndə iştirak etdi. Ticari-iqtisadi əməkdaşlığın bütün imkanları öyrənilib və müzakirə olunub”, - deyə diplomat bildirib.

Xorvatiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarında maraqlı olub-olmamasını şərh edən səfir bildirib ki, şirkətlə bu prosesdə maraqlıdır və hazırda Azərbaycanın hökuməti və biznes ictimaiyyəti ilə ilkin danışıqlar aparılır.

COVID-19 pandemiyasının ikitərəfli münasibətlərə təsiri barədə danışan B.Zebiç vurğulayıb ki, ikitərəfli ticarət dövriyyəsi stabil qalır.

“2021-ci il üçün hələlik nəticələrimiz yoxdur, amma böyük ehtimalla bu, həm 2020, həm də 2019-cu ilin göstəricilərini üstələyəcək. Ümumilikdə ikitərəfli münasibətlərə gəldikdə isə, pandemiyaya baxmayaraq münasibətlər fəallaşıb. Oktyabr ayında Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman Azərbaycana rəsmi səfər edib, noyabrda isə Zaqrebdə İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın ikinci iclası keçirilib”, - deyə səfir qeyd edib.

O, həmçinin xatırladıb ki, Xorvatiyanın Bakıdakı və Azərbaycanın Zaqrebdəki səfirlikləri mədəni proqramlar və layihələr mübadiləsi aparıb.

“Bu kontekstdə mən Bakıda dekabrda Xorvatiyanın “Klapa Boşket” vokal ansamblının ifasında iki konserti vurğulamaq istərdim”, - səfir deyib.

Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro və Albaniya tərəfindən hazırlanan İon-Adriatik boru kəməri (IAP) layihəsinin reallaşdırılmasından danışan B.Zebiç deyib ki, bu il yanvarın 18-də bütün tərəflərin iştirakı ilə onlayn görüş keçirilib və bu görüş zamanı layihə şirkətinin tezliklə yaradılması barədə qənat əldə olunub.

“Dörd ölkənin nümayəndələrinin fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizinin nazirlər görüşü çərçivəsində layihə şirkətinin inkişafına dəstək barədə bəyanatı imzalayacağı gözlənilir. Biz hesab edirik ki, şirkət pandemiya ilə bağlı vəziyyətdən asılı olaraq yaxın aylarda yaradıla bilər”, - səfir deyib.

O, əlavə edib ki, layihə şirkətinin hazırlanması son mərhələdə olsa da, COVID-19-la bağlı vəziyyətlə bağlı şirkət hələlik yaradılmayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti