Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ukraynaya Tomaqavk qanadlı raketlərinin tədarükünü düşünmədiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə o, Floridadan Vaşinqtona uçuş zamanı təyyarəsində jurnalistlərə bildirib.
Ondan administrasiyasının bu raketləri Kiyevə təhvil verib-verməyəcəyi soruşuldu. "Xeyr", - deyə cabinda ABŞ prezidenti bildirib. Daha sonra jurnalistlər ondan belə bir addım atmağı düşünüb-düşünmədiyini soruşdular. "Xeyr, əslində yox" cavabını verdi.
Amerika prezidenti daha sonra əlavə edib ki, bu mövqe dəyişə bilər. "Amma hazırda mən bunu etmirəm", - deyə o, yekunlaşdırdı.